reklam
AFFA rəsmiləri Naxçıvana səfər etdi -
Sportfm.az xəbər saytı

AFFA rəsmiləri Naxçıvana səfər etdi -FOTO


AFFA rəsmiləri Naxçıvana səfərə yollanıblar.

Sportfm.az xəbər verir ki, Naxçıvan Futbol Federasiyasının dəvəti ilə gerçəkləşmiş səfərdə baş katibin müavini Sərxan Hacıyev, texniki direktor Cahangir Həsənzadə və Kütləvi Futbol Departamentinin müdiri Fərrux İsmayılov iştirak edib.

AFFA-nın nümayəndə heyəti Naxçıvan Muxtar Respublikasının gənclər və idman naziri, Naxçıvan Futbol Federasiyasının prezidenti Azad Cabbarovla görüşüb, müxtəlif futbol tədbirlərinin təşkili, kütləviliyin artırılması ilə bağlı fikir mübadiləsi aparıblar.

Federasiya rəsmiləri bir müddət öncə istifadəyə verilmiş Uzunoba Təlim-Məşq İdman Kompleksinə gedərək burada yaradılmış şəraitlə yaxından tanış olublar.

Oxşar xəbərlər

AFFA rəsmiləri yığma üzvləri ilə görüşdü - FOTO
Nazir Naxçıvana səfər etdi - Gənclərlə görüşdü
Görülən böyük işlər, gənclərə qayğı, gələcəyə inam - Naxçıvanda gördüklərim
Gənclər və idman naziri istefaya göndərildi
Naxçıvanda lisenziyalar təqdim olundu - FOTO

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər