reklam
Futbolçu sayı artırıldı -
Sportfm.az xəbər saytı

Futbolçu sayı artırıldı -AVRO-2020


Avropa çempionatında hər bir milli komandanın heyətində yer alacaq futbolçuların sayı artırılıb.

Sportfm.az xəbər verir ki, bu barədə UEFA İcraiyyə Komitəsi qərar qəbul edib.

Qərara əsasən, 24 iştirakçı ölkə yığmalarınının hər biri AVRO-2020-yə 23 yox, 26 oyunçu sifariş edəcək. Bununla belə, hər oyunun iştirak ərizəsində 23 futbolçu yer alacaq. Onlardan 3-ü qapıçı olmalıdır.

Yekun siyahı iyunun 1-dək təqdim olunmalıdır. Ciddi zədə və ya xəstəlik olduqda, həkimdən arayış gətirməklə, ilk oyunadək iştirakçı siyahısında dəyişiklik etmək olar.

Qeyd edək ki, Bakı Olimpiya Stadionu A qrupunun İsveçrə - Uels, Türkiyə - Uels və Türkiyə - İsveçrə qarşılaşmalarına, eləcə də 1/4 final mərhələsinin 1 oyununa ev sahibliyi edəcək. 4 oyununun hər birində ümumi tamaşaçı tutumunun 50 faizi qədər azarkeş iştirak edə biləcək.

Oxşar xəbərlər

Bakıdakı oyunlara neçə bilet satıldı - AVRO-2020
Bakıdakı oyunlarda tamaşaçı iştirakına icazə verildi - AVRO-2020
Çakır Avro-2020-nin heyətində - SİYAHI
Münhen təminat verməkdən imtina etdi - AVRO-2020
Bakıdakı oyunlara bilet satışının vaxtı bilindi - AVRO-2020

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər