Sportfm.az xəbər saytı
Sportfm.az xəbər saytı
Cüdoçularımız məşhurlarla bir yerdə
Cüdo üzrə Azərbaycan milli komandaları geniş heyətlə hazırda Avstriyadadırlar.
Sportfm.az xəbər verir ki, cüdoçularımız Mittersill şəhərində təlim-məşq toplanışı keçirlər. Toplanışda əsas milli komanda, qadınlar, gənclər və paralimpiya komandmız iştirak edir. Qeyd edək ki, hər il ənənəvi baş tutan Avstriya toplanışında dünyanın ən güclü cüdo ölkələrinin milli komandaları iştirak edirlər. Dünyanın 50-ə yaxın ölkəsindən 850 cüdoçu bu il keçiriləcək Avropa və dünya çempionatlarına, beynəlxalq yarışlara hazırlaşırlar. Avstriya toplanışında Azərbaycan millisinin tanınmış cüdoçuları ilə yanaşı olimpiya çempionları - çex Lukas Krpalek, rusiyalılar Xalmurzayev və Mudranov, kosovalı Kelmendi və digər məşhur kimano ustaları iştirak edirlər. Cüdoçularımızın Mittersill təlim-məşq toplanışına yanvarın 18-də yekun vurulacaq.
Oxşar xəbərlər
Cüdoçularımız beynəlxalq təlim-məşq toplanışında
Cüdoçularımız məşhur simalarla bir arada - FOTOLAR
Cüdoçularımız İspaniyada
Azərbaycanın aparıcı cüdoçuları Yaponiyada
Azərbaycanın tanınmış cüdoçuları Avstriyada
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Bu gün yarımfinalçılar müəyyənləşir - Konfrans Liqası
-
Nəriman oynadı, komandası qələbə qazandı
-
Günün canlı yayımlanacaq qarşılaşmaları - TV AFİŞA
-
"Qarabağ" - "Sabah" oyununun hakimləri açıqlandı - Premyer Liqa
-
"Sabah" - "Qarabağ" matçına 3000-dən çox bilet satıldı
-
“İran millisi dünya çempionatına gələcək” Canni İnfantino














Misli Premyer Liqası