Sportfm.az xəbər saytı
Sportfm.az xəbər saytı
Cüdoçularımız İspaniyada
Cüdo üzrə Azərbaycan milli komandasının əsas üzvləri hazırda İspaniyada Avropa Cüdo Federasiyasının təşkil etdiyi təlim-məşq toplanışındadır.
Sportfm.az xəbər verir ki, Kastelldefels şəhərində idmançılarımız baş məşqçi Fərhad Məmmədovun rəhbərliyi altında gündə 2 dəfə məşq edirlər. Cüdoçularımız İspaniya toplanışını başa vurduqdan sonra iyulun 7-də millimiz vətənə qayıdacaq.
Təlim-məşq toplanışında Orxan Səfərov, Nicat Şıxəlizadə, Rüstəm Orucov, Hidayət Heydərov, Tural Səfquliyev, Elxan Məmmədov, Zelim Kotsoyev və Uşanqi Kokauri iştirak edirlər.
Qeyd edək ki, hazırlıqlarını Bakıda davam etdirəcək cüdoçularımız iyulun 22-də Belarusun paytaxtı Minskdə keçiriləcək Avropa açıq çempionatına qatılacaqlar.
Oxşar xəbərlər
Cüdoçularımız beynəlxalq təlim-məşq toplanışında
Rüstəm Orucov bu dəfə Belarusda 1-ci olmağa çalışacaq
Azərbaycanın aparıcı cüdoçuları Yaponiyada
Gənc cüdoçularımız Avropa çempionatına doğru
Rövnəq Abdullayev milli komandamızın üzvləri ilə görüşüb...FOTO
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Bu gün yarımfinalçılar müəyyənləşir - Konfrans Liqası
-
Nəriman oynadı, komandası qələbə qazandı
-
Günün canlı yayımlanacaq qarşılaşmaları - TV AFİŞA
-
"Qarabağ" - "Sabah" oyununun hakimləri açıqlandı - Premyer Liqa
-
"Sabah" - "Qarabağ" matçına 3000-dən çox bilet satıldı
-
Bu gün yarımfinalçılar məlum olacaq - Avropa Liqası














Misli Premyer Liqası