Sportfm.az xəbər saytı
Sportfm.az xəbər saytı
Müsəlman futbolçular oyunda iftar açacaqlar -İngiltərədə
İngiltərə Premyer Liqası axşam oyunlarını idarə edən hakimləri müqəddəs Ramazan ayında oruc tutan futbolçuların iftar açmaları üçün fasilə verməyə çağırıb.
Sportfm.az xarici mətbuata istinadən xəbər verir ki, İngiltərə çempionatının 33-cü turunda "Lester Siti" ilə "Kristal Pelas" görüşərkən (2:1) London komandasının qapıçısı Visente Quayta gün batan zaman topu saxlayaraq müsəlman futbolçular - Uesli Fofan ("Lester") və Şeyku Kuyatenin ("Kristal Pelas") vitaminli içki qəbul etmələrinə şərait yaradıb.Premyer Liqanın rəhbərliyi hakimləri gün batandan sonra bitən matçlarda oynayan komandaların kapitanları ilə belə pauzaların yaradılması imkanını müzakirə etməyə çağırıb.
Oxşar xəbərlər
Fransada oyunlarda iftar qadağası
Ramazan ayındakı oyunlarda fasilə olmayacaq
“Çelsi” doğma meydanda xal itirdi - Premyer Liqa
"Mançester Siti" növbəti məğlubiyyətlə barışmalı oldu
"Liverpul"dan ardıcıl ikinci qələbə
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin















Misli Premyer Liqası