Türkiyə millisinin hazırlıq planı açıqlandı - Avro-2020 üçün
Türkiyə millisinin Avro-2020 üçün hazırlıq proqramı açıqlanıb.
Sportfm.az xəbər verir ki, bu barədə yığmanın baş məşqçisi Şenol Günəş "Sabah" qəzetinə müsahibəsində bildirib. O, 18-19 mayda liqalarda çıxışlarını başa vuran oyunçularla toplaşacaqlarını söyləyib: "Planlarımızı bir mövsüm əvvəl qurmuşuq. Pandemiyadan əvvəl hazırlıq prosesi, təşkilatçılıq və yoldaşlıq matçlarını planlaşdırmışdıq.Ancaq koronavirus pandemiyası başladı və planlarımız pozuldu. İndi fərqli plan qurmuşuq. 18-19 matçda liqalarda çıxışlarını başa vura futbolçularla toplaşacağıq. Digər oyunçular 3-4 gün sonra qoşulacaq. Məsələ burasındadır ki, mövsümün bitməsi ilə bəzu oyunçuların istirahət istəyi olacaq. Sıx oyun qrafiki, pandemiyanın gətirdiyi çətinliklərlə baş tutan liqadan sonra istirahət etməyə ehtiyacları var. Bu, fiziki və zehni istirahət olacaq".
Günəş oyunçuların ailələrinin də toplanışa qatıla biləcəyini istisna etməyib: "1 həftə-10 günlük bir müddət keçirəcəyik. Təbii ki, burada pandemiya şərtləri önəmli rol oynayacaq. Hazırlığın əsas hissəsi yoldaşlıq görüşləri ilə başlayacaq. Mayın 27-də və 30-da oyunlarımız var. İyunun 2-də Almaniyada təlim-məşq toplanışınagedəcək, iyunun 10-da isə İtaliyaya yollanacağıq. Daha sonra Azərbaycana gedib, orada iki matçımızı oynayacağıq. Pandemiya səbəbindən bəzi şeylər və matçların yeri dəyişə bilər".
Qeyd edək ki, Bakı Olimpiya Stadionu Avro-2020-nin A qrupunun İsveçrə - Uels, Türkiyə - Uels və Türkiyə - İsveçrə qarşılaşmalarına, eləcə də 1/4 final mərhələsinin 1 oyununa ev sahibliyi edəcək.
№ | Komanda | o | x |
1 | Qarabağ | 34 | 87 |
2 | Sabah | 33 | 77 |
3 | Neftçi | 34 | 62 |
4 | Qəbələ | 34 | 48 |
5 | Zirə | 34 | 46 |
6 | Turan | 34 | 38 |
7 | Kəpəz | 34 | 30 |
8 | Sumqayıt | 33 | 28 |
9 | Səbail | 34 | 25 |
10 | Şamaxı | 34 | 24 |
№ | Komanda | o | x |
1 | Araz-Naxçıvan | 13 | 37 |
2 | EKOL | 13 | 30 |
3 | Neftçi İK | 13 | 25 |
4 | Baku Fire | 13 | 22 |
5 | Record club.az | 13 | 12 |
6 | Alyans | 13 | 12 |
7 | U-19 | 13 | 9 |
8 | Xilə | 13 | 6 |
№ | Komanda | o | x |
1 | Araz Naxçıvan | 5 | 15 |
2 | MOİK | 5 | 11 |
3 | Turan Tovuz-2 | 4 | 9 |
4 | Qəbələ-2 | 5 | 9 |
5 | Neftçi-2 | 4 | 9 |
6 | Qarabağ-2 | 5 | 7 |
7 | Zirə-2 | 4 | 7 |
8 | Şamaxı-2 | 5 | 7 |
9 | Qaradağ Lökbatan | 5 | 6 |
10 | Mingəçevir | 5 | 6 |
11 | Səbail-2 | 4 | 6 |
12 | Zaqatala | 5 | 6 |
13 | Sumqayıt-2 | 4 | 3 |