reklam
Bakıdakı yığmaların proqramı bilindi -
Sportfm.az xəbər saytı

Bakıdakı yığmaların proqramı bilindi -AVRO-2020


Futbol üzrə Avropa çempionatı üçün Bakıya gələn Uels və İsveçrə yığmalarının proqramı açıqlanıb.

Sportfm.az xəbər verir ki, Uels seçməsi "Hilton" otelində, İsveçrə isə "Bilgah Beach Hotel"də məskunlaşıb.

Britaniya təmsilçisi məşqlərini Tofiq Bəhramov adına Respublika Stadionunda, digəri isə "Dalğa Arena"da keçəcək.

Türkiyə yığması isə iyunun 12-də Bakıya gələcək. "Ay-ulduzlular" "Fairmont Bakü Flame Towers"də qalacaq, məşqlərini isə "Bakcell Arena"da gerçəkləşdirəcək.

Qeyd edək ki, AVRO-2020 bu il iyunun 11-dən iyulun 11-dək keçiriləcək. Təqvimə əsasən, Bakı Olimpiya Stadionu A qrupunun İsveçrə - Uels, Türkiyə - Uels və Türkiyə - İsveçrə qarşılaşmalarına, eləcə də 1/4 final mərhələsinin 1 oyununa ev sahibliyi edəcək. (report)

Oxşar xəbərlər

Bakıda ilk oyun - AVRO-2020
Danimarka azarkeşlərə icazə verdi - AVRO-2020
Bakıdakı oyunlara neçə bilet satıldı - AVRO-2020
İki komanda Bakıya gəlir - AVRO-2020
Şenol Güneş Bakıdan razı qaldı

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər