Sportfm.az xəbər saytı
Sportfm.az xəbər saytı
"Sumqayıt"ın oyunçusu 100-cü matçına çıxdı -Premyer Liqa
“Sumqayıt”ın futbolçusu Xəyal Nəcəfov Premyer Liqada 100-cü oyununu keçirib.
Sportfm.az xəbər verir ki, bu, komandanın XXII turda “Qarabağ”a 1:4 hesabı ilə məğlub olduğu görüşə təsadüf edib.
O, ölkə çempionatında yalnız bir klubun şərəfini qoruyub. Debütü 2014/2015 mövsümünə təsadüf edən Nəcəfov 100 çempionat matçını “Sumqayıt”da keçirib.
Son toplanışlarda Azərbaycan millisinə dəvət alan yarımmüdafiəçi klub tarixinə Premyer Liqada 100 və daha çox matça çıxan 4-cü oyunçu kimi düşüb. Nəcəfova qədər Vurğun Hüseynov (178), Bəxtiyar Həsənalızadə (158) və Slavik Alxasov (126) buna nail olub.
Qeyd edək ki, Xəyal Nəcəfov 100 matçda 2 qol vurub. O, Azərbaycan millisinə də dəvət olunur.
Oxşar xəbərlər
Qismət 150-yə çatdı
İki kapitan, iki yubiley - 350-ci oyun
Kapitan “Sumqayıt”ın tarixinə düşdü
Vurğun "Sumqayıt"ın tarixinə düşdü
Tovuzlu futbolçunun 100-cü oyunu
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Azərbaycan yığmasının Omanla oyunlarının yeri açıqlandı
-
“Mançester Yunayted” yeni baş məşqçisini açıqladı - RƏSMİ
-
Super Liqa klubunda yeni çalışdırıcı
-
Millimizdən minimal hesablı qələbə
-
Niderland və Almaniyadan qələbə - Millətlər Liqası
-
PFL rəsmiləri Dünya Liqaları Assosiasiyasının illik konfransında














Misli Premyer Liqası