reklam
Qismət 150-yə çatdı
Sportfm.az xəbər saytı

Qismət 150-yə çatdı


Qismət Alıyev Azərbaycan çempionatında 150-ci oyununu keçirib.

Sportfm.az xəbər verir ki, “Zirə”nin 27 yaşlı futbolçusunun yubileyi Premyer Liqanın 33-cü turuna təsadüf edib. Yarımmüdafiəçi “Şamaxı” ilə səfər görüşünə kapitan kimi start heyətində çıxıb.

Premyer Liqada 2014/15 mövsümündə debüt edən Alıyev bu müddətdə iki klubun formasını geyinib. O, debüt etdiyi “Qəbələ”də 70, “Zirə”də 80 dəfə çempionat matçına çıxıb. Qismətin hesabında 5 qol var. O, “qırmızı-qaralar”ın forması ilə 1, “qartallar”ın heyətində 4 dəfə fərqlənib.

Alıyev Premyer Liqada ilk matçını 2015-ci il mayın 28-də keçirib. Yarımmüdafiəçi “Qəbələ”nin “Bakı” ilə ev oyununda (3:0) şans qazanıb. Onun “Zirə”dəki ilk çempionat qarşılaşması isə 2020-ci il oktyabrın 18-nə təsadüf edib. Qismət “Sumqayıt”la səfər matçında (1:2) forma geyinib.

“Zirə” Şamaxı səfərində 3:0 hesablı qələbə qazanıb.

Oxşar xəbərlər

“Neftçi”nin futbolçuları üçün yubiley oyunu - Misli Premyer Liqası
“Qəbələ”nin oyunçusu üçün ikiqat əlamətdar oyun - Misli Premyer Liqası
"Qəbələ"nin legioneri 50-ci oyununa çıxdı
"Şamaxı"nın kapitanı 9-cu oldu
"Zirə" formasıyla 75 dəfə - FOTO

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər