reklam
Sportfm.az xəbər saytı

"Sabah" "Qəbələ"yə, "Keşlə" "Zirə"yə qarşı -Premyer Liqamızda III tur


Bu gün futbol üzrə Azərbaycan Premyer Liqasında III tura start veriləcək. 

Sportfm.az xəbər verir ki, ilk oyun günündə iki qarşılaşma keçiriləcək. 

Tur "Sabah" - "Qəbələ" matçı ilə başlayacaq. Əyalət təmsilçisi 4 xalla 2-4-cü yerləri bölüşdürür. Hər iki görüşdə uduzan paytaxt klubu isə sonuncu - 8-ci pillədə qərarlaşıb. Komandalar indiyədək Premyer Liqada 11 dəfə üz-üzə gəliblər. Bunların 5-də "Sabah", 4-də isə qonaqlar qələbə qazanıb. Topların fərqində də meydan sahibləri üstünlüyə malikdir - 14:11. 

Günün digər qarşılaşmasında "Keşlə" "Zirə"ni qəbul edəcək. Meydan sahibləri keçirdiyi hər iki görüşdə məğlub olub. Qonaqlar isə 1 xalla 6-cı sıradadır. Paytaxt təmsilçiləri çempionatda 23 dəfə qarşılaşıb. Bunların 6-də "Keşlə", 7-də isə "Zirə" 3 xal qazanıb. Topların fəriqində qonaqların minimal üstünlüyü var - 28:27. 

Azərbaycan Premyer Liqası, III tur

18:00. “Sabah” – “Qəbələ”
Hakimlər: Rauf Cabarov, Namiq Hüseynov, Müslüm Əliyev, Kamranbəy Rəhimov
Hakim-inspektor: Zöhrab Qədiyev
AFFA nümayəndəsi: Əsgər Əmirəliyev
“Bank Respublika Arena".

20:15. “Keşlə” –“Zirə”
Hakimlər: Əliyar Ağayev, Zeynal Zeynalov, Akif Əmirəli, Rövşən Rəcəbov
Hakim-inspektor: Ramil Diniyev
AFFA nümayəndəsi: Ramiz Mustafayev
“ASK Arena".

Qeyd edək ki, III turun "Səbail" - "Sumqayıt" və "Neftçi" - "Qarabağ" oyunları sentyabrın 12-də olacaq. 

 

Oxşar xəbərlər

“Qəbələ” “Səbail”ə, “Neftçi” “Keşlə”yə qarşı - Azərbaycan Premyer Liqası
"Sumqayıt" "Zirə" ilə üz-üzə - YENİLƏNİR
"Neftçi" "Sabah"a qarşı - YENİLƏNİR
"Sabah" "Qarabağ"ı büdrədə biləcəkmi? - YENİLƏNİR
"Neftçi" qalib gələ biləcəkmi? - YENİLƏNİR

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər