reklam
Azərbaycan taekvondoçuları mübarizəyə başlayır -
Sportfm.az xəbər saytı

Azərbaycan taekvondoçuları mübarizəyə başlayır -Avropa çempionatı


Azərbaycanın 4 taekvondoçusu bu gün Bolqarıstanın paytaxtı Sofiyada start götürəcək Avropa çempionatında mübarizəyə başlayır.

Sportfm.az xəbər verir ki, kişilər arasında 54 kq çəki dərəcəsində Bəhruz Quluzadə 1/8 finalda Mateya İvanoviç (Serbiya) ilə üz-üzə gələcək.

58 kq-da yarışan Pərviz İsgəndərov 1/16 finalda Stepan Dmitrovla (Moldova) qarşılaşacaq.

Qadınlardan Minayə Əkbərova (46 kq) 1/8 finalda Almaniyanı təmsil edən Özlem Gürüzün, 2016-cı il Rio Yay Olimpiya Oyunlarında bürünc medal qazanan Patimat Abakarova (49 kq) eyni raundda Martina Korellinin (İtaliya) müqavimətini qırmağa çalışacaq.

Qeyd edək ki, Avropa çempionatına aprelin 11-də yekun vurulacaq. Azərbaycanı yarışda 11 taekvondoçu təmsil edir.

Oxşar xəbərlər

Azərbaycanlı güləşçilər mübarizəyə başlayır - Avropa çempionatı
Cüdoçularımız mübarizəyə başlayır - Avropa çempionatı
Taekvondoçumuz bürünc medalı təmin etdi - Avropa çempionatı
3 taekvondoçumuz mübarizəyə başlayır - Avropa çempionatı
Ölkəmiz 11 idmançı ilə təmsil olunacaq - Avropa çempionatı

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər