reklam
Taekvondoçumuz bürünc medalı təmin etdi -
Sportfm.az xəbər saytı

Taekvondoçumuz bürünc medalı təmin etdi -Avropa çempionatı


Azərbaycan taekvondoçusu Milad Beigi Hərçəqani Bolqarıstanın paytaxtı Sofiyadakı Avropa çempionatında yarımfinala yüksəlib.

Sportfm.az xəbər verir ki, 80 kq çəki dərəcəsində çıxış edən idmançı 1/8 finalda Oleksandr Filippova (İsrail), növbəti raundda isə Tahir Güleçə (Almaniya) qalib gələrək ən azı bürünc medalı özü üçün təmin edib.

74 kq-da yarışan Ayxan Tağızadə Atman Bouthouyak (Fransa) və Stavro Tsipounisi mübarizədən kənarlaşdırıb. O, 1/4 finalda Daniel Quesadanın (İspaniya) müqavimətini qıra bilməyib.

Qadınlardan Fəridə Əzizova (67 kq) Elin Johanssonu (İsveç) məğub etsə də, Lauren Villiamsa (Böyük Britaniya) uduzub.

Qeyd edək ki, daha əvvəl Minayə Əkbərova (46 kq) bürünc medal qazanıb. Avropa çempionatına aprelin 11-də yekun vurulacaq. Azərbaycanı yarışda 11 taekvondoçu təmsil edir.

Oxşar xəbərlər

Taekvondoçumuzdan gümüş medal - Avropa çempionatı
3 taekvondoçumuz mübarizəyə başlayır - Avropa çempionatı
Taekvondoçumuz yarımfinalda - Avropa çempionatı
Azərbaycan taekvondoçuları mübarizəyə başlayır - Avropa çempionatı
Ölkəmiz 11 idmançı ilə təmsil olunacaq - Avropa çempionatı

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər