reklam
3 taekvondoçumuz mübarizəyə başlayır -
Sportfm.az xəbər saytı

3 taekvondoçumuz mübarizəyə başlayır -Avropa çempionatı


Bu gün Azərbaycanın daha üç taekvondoçusu Bolqarıstanın paytaxtı Sofiyadakı Avropa çempionatında mübarizəyə başlayacaq.

Sportfm.az xəbər verir ki, üçüncü yarış günündə 74 kq çəki dərəcəsində çıxış edən Ayxan Tağızadə 1/16 finalda Atman Bouthouyakla (Fransa) üz-üzə gələcək.

80 kq-da yarışan Avropa və ikiqat dünya çempionu Milad Beigi Hərçəqani 1/8 finalda David Simek (Çexiya) - Oleksandr Filippov (İsrail) cütünün qalibi ilə qarşılaşacaq.

Qadınların yarışında Fəridə Əzizova (67 kq) isə 1/8 finalda Natalia İuleva (Belarus) - Elin Johansson (İsveç) duelinin güclüsü ilə görüşəcək.

Qeyd edək ki, ilk yarış günündə Minayə Əkbərova (46 kq) bürünc medal qazanıb. Avropa çempionatına aprelin 11-də yekun vurulacaq. Azərbaycanı yarışda 11 taekvondoçu təmsil edir.

Oxşar xəbərlər

Daha iki taekvondoçumuz mübarizəyə başlayır - Dünya çempionatı
Olimpiya çempionumuz mübarizəyə başlayır - Tokio-2020
İki taekvondoçumuz mübarizəyə başlayır - Avropa çempionatı
Taekvondoçumuz bürünc medalı təmin etdi - Avropa çempionatı
Azərbaycan taekvondoçuları mübarizəyə başlayır - Avropa çempionatı

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər