reklam
İspaniya UEFA-ya təminat vermədi -
Sportfm.az xəbər saytı

İspaniya UEFA-ya təminat vermədi -Azarkeşlərlə bağlı


İspaniya Futbol Federasiyası (RFEF) AVRO-2020-nin Bilbao şəhərində nəzərdə tutulan oyunlarının azarkeşlərin iştirakı ilə keçirilməsini mümkün saymır.

Sportfm.az xəbər verir ki, bu barədə qurumun rəsmi saytı məlumat yayıb.

Yerli hökumətin tələbinə əsasən, iyunun 14-dək Bask bölgəsinin sakinlərinin minimum 60 faizi peyvənd olunacağı və yoluxma nisbəti 2 faizdən artıq olmayacağı təqdirdə stadiona tamaşaçılar buraxıla bilər.

Federasiyanın açıqlamasında bu şərtlərin yerinə yetirilmədiyi bildirilib. RFEF-in UEFA-nın çıxaracağı qərara görə məsuliyyət daşımayacağı qeyd olunub.

Təqvimə əsasən, Bakı Olimpiya Stadionu A qrupunun İsveçrə - Uels, Türkiyə - Uels və Türkiyə - İsveçrə qarşılaşmalarına, eləcə də 1/4 final mərhələsinin 1 oyununa ev sahibliyi edəcək.

Oxşar xəbərlər

Danimarka azarkeşlərə icazə verdi - AVRO-2020
Bakıdakı oyunlara neçə bilet satıldı - AVRO-2020
Bakıdakı oyunlarda tamaşaçı iştirakına icazə verildi - AVRO-2020
Münhen təminat verməkdən imtina etdi - AVRO-2020
Roma UEFA-ya təminat verdi - Azarkeşlərlə bağlı

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər