"Məşqçinin fikrinə hörmətlə yanaşıram" -Ömər Buludov
"Neftçi"nin müdafiəçisi Ömər Buludov müsahibə verib.
Sportfm.az həmin müsahibəni təqdim edir:
- Premyer Liqada son dövrə başlayır. "Qarabağ"la aranızda olan gərgin mübarizənin sonunu necə görürsünüz?
- Çempion olmaq üçün çalışırıq. Ümid edirik ki, sonda çempion biz olacağıq.
- Tanınmış yaponiyalı futbolçu Keysuke Hondanın transferi çempionluq üçün hansı ümidləri verir?
- Hamımız bilirik ki, Honda çox güclü futbolçudur. Onun komandamıza qoşulmağı çox şey deməkdir. Hər halda bizə faydalı olacağını düşünürəm.
- Son oyunlar göstərdiyin oyun müsbət mənada fərqlənir, lakin milliyə dəvət almadın. Bunun səbəbini nədə görürsən?
- Hər bir oyunçu kimi millidə oynamaq mənim üçün şərəfdir. Dəvətə gəldikdə isə məşqçinin fikrinə hörmətlə yanaşıram. Qismət necədirsə, o da olacaq.
- Milliyə düşmək üçün səndə nə çatışmır? Yoxsa özünü buna hazır sayrısan?
- Çatışmayan cəhətlərim var. Üzərində çalışıram.
- Müqavilən mövsümün sonunda bitir. Klubunu dəyişmək kimi bir fikrin var?
- Hələ ki, çempionat davam edir. Sonda hər şeyi görəcəyik. İndi bu barədə danışmaq məncə, bir az tezdir.
- Bəzən meydanda çox aktiv olursan, bəzən ümumiyyətlə, görünmürsən. Bu məqamı necə izah edərdin?
- Elə oyun olur ki, daha çox topla oynayıram. Elə oyun olur ki, əksinə. Rəqiblərə görə dəyişir. Hər komanda ilə eyni taktika ilə oynamırıq.
- Sizi "Neftçi"də sabiq baş məşqçiniz Tərlan Əhmədov kəşf edib. Hazırkı məşqçi Samir Abasovla işləmək necədir?
- Samir Abasov gözəl məşqçi və gözəl insandır. Onunla işləməkdən razıyam.
Oxşar xəbərlər
"Bəxt bizim tərəfimizdə olmadı" - Mirabdulla Abbasov
"Məni başa düşənlər də oldu, qınayanlar da" - Adil Nağıyev
“Hazır olmayan futbolçular çağırılıb milliyə” - Emin Quliyev
"Yayda yenidən danışıqlar ola bilər" - Samir Abasov
"Rəqib qapısına 100 faiz penalti təyin edilməli idi" - İlkin Muradov
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin















Misli Premyer Liqası