reklam
Sportfm.az xəbər saytı

"Yayda yenidən danışıqlar ola bilər" -Samir Abasov


"Oyunçularımı təbrik edirəm. Yaxşı oynadılar. Lakin digər tərəfdən rəqibə çox qol şansı verirdik. Bunu aradan qaldırmalıyıq. 20 günlük fasiləyədək 1 oyunumuz qalıb. Ondan sonra bir az istirahət edəcəyik".

Sportfm.az xəbər verir ki, bunu "Neftçi"nin baş məşqçisi Samir Abasov  Azərbaycan Premyer Liqasının 19-cu turunda "Keşlə"yə 3:1 hesabı ilə qalib gəldikləri oyundan sonra keçirilən mətbuat konfransında deyib.

O bildirib ki, bu matça görə  cinah müdafiəçisi Ömər Buludova müəyyən tapşırıqlar verilmişdi: Həmişə dediyim kimi bizdə hücumçunun irəlidə durması vacib deyil. Komanda şəklində hücum etməliyik".

S.Abasov "Neftçi"yə transferi gündəmdə olan yaponiyalı ulduz futbolçu Keysuke Honda barədə də danışıb: "Hər baş məşqçinin yaxşı futbolçuya ehtiyacı var. Honda komandanı sakitləşdirmək baxımından bizə fayda verə bilən oyunçudur. Honda müxtəlif mövqelərdə oynaya bilir. Demək olar ki, razılıq əldə olunub. Özü də mövsümün sonunadək bizdə oynamaq istəyir. Yayda yenidən danışıqlar ola bilər". (qol.az)

Oxşar xəbərlər

"Neftçi" Honda ilə vidalaşdı - Müqavilə bitdi
Honda və Ahmedov “Neftçi”dən ayrıldı - RƏSMİ
Honda ilk qolunu təriflədi - VİDEO
"Honda bizə dəstək olacaq" - Kamran Quliyev
"Heç bir komandanı hesabdan silmirik" - Samir Abasov

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər