• 14:50 Çərşənbə axşamı
    13 Aprel 2021
SportFM.Az
  • OLİMPİZM
  • Futbol
  • Güləş
  • Voleybol
  • Cüdo
  • Boks
  • Futzal

  • Layİhə
  • DİGƏR Növlər

  • Xəbərlər
    • Ölkə idmanı
    • Dünya idmanı
    • Müsahibələr
    • Yazarlar
“Hazır olmayan futbolçular çağırılıb milliyə” -

“Hazır olmayan futbolçular çağırılıb milliyə” - Emin Quliyev

“Xəzər Lənkəran” və Azərbaycan milli komandasının sabiq futbolçusu Emin Quliyev müsahibə verib.

Sportfm.az həmin müsahibəni təqdim edir:

Emin bəy, Azərbaycan milli komandasının DÇ-2022-nin seçmə mərhələsinin oyunları üçün açıqlanmış heyətinə baxmısız?

Tam baxmamışam, amma heyətdən az-maz xəbərim var.

Yığmanın baş məşqçisi Canni De Byazinin seçimlərini necə qiymətləndirirsiz?

Düzgün seçim olub-olmamağı oyunlardan sonra bilinəcək. Əsas çempionatda kim oynayıb, kim hazırdırsa, onları çağırmaq lazımdır. Düzdür, oynamayanlar da var. Artıq bunu deyə bilmərəm nədir. Çağırılmayan futbolçular da var ki, onlar da millidə olmalı idilər.

Çağırılmayan kimlərdir?

Kimlərsə var, ad çəkmirəm. Hazır olmayan, komandasında heç bir-iki tur oynamayan futbolçular çağırılıb milliyə. Heç bilmirsən ki, formadadırlar, ya yox.

Qarşıda Portuqaliya, Qətər və Serbiya ilə oyun var. Bu qarşılaşmalardan gözləntiləriniz nədir?

Hər zaman arzum olub ki, milli komandamız yaxşı olsun. İstəmişəm ki, millidə oynayanların damarlarından azərbaycanlı qanı axsın. Ən böyük arzum budur. İstəyirəm ki, milli yaxşı nəticə göstərsin, xal qazansın. Tək istəyimiz budur. Nəticələrin necə olacağını zaman göstərəcək.

Son zamanlarda keçmiş futbolçular Azərbaycan futbolunun indiki durumuna görə AFFA-nı sərt tənqid edirlər. Siz nə deyə bilərsiz bu haqda?

Tənqid edirlər deyəndə, kimin ki əziyyəti olubsa, onlara nəsə edilməlidir də, qalıblar qıraqda. Onlar yığma ilə nə qədər oyuna çıxıblar. Elə deyil ki, deyəsən bunlar millidə bir-iki oyun keçirib. Yəqin ki, narazılıqları var və bildiriblər də.

Sizin narazılığınız yoxdur?

Narazılığım odur ki, gör neçə illərdir ki, vəziyyət eynidir. Özünüz baxın, artım var? Mən oynayan vaxtlar komanda sayı çox idi, 6-7 klub çempionluq uğrunda mübarizə aparırdı. Çempionatımız maraqlı idi. İndi 8 klub var. Komandalar bir-biri ilə dörd oyun keçirir. Əlbəttə, inkişaf yoxdur. Əvvəl asfaltda oynayanda belə, uşaqlar yetişirdi. İndi hər şərait var, futbolçu yetişmir. Səbəbi nədir? Bilmirəm.

Yaponiyalı məşhur futbolçu Keysuke Hondanın “Neftçi”yə keçidini necə dəyərləndirirsiz?

Vallah, mənim fikrimcə, Hondanın yerinə perspektivli gənc futbolçu götürsəydilər, daha yaxşı olardı, heç olmasa, komandaya kömək edərdi. Hondanın 34 yaşı var, gəlib burda dincəlib, səhər gedəcək. Düzdür, təcrübəsi var və bunun hesabına nəsə edə bilər. Amma məncə, onun yerinə cavan götürsəydilər, daha çox oynayıb, komandaya fayda verərdi.

Premyer Liqada çempionluq yarışında favoritiniz hansı klubdur?

Rəqabət var, lakin mənim fikrimcə “Qarabağ” çempion olacaq. Düzdür, “Neftçi”də oynayır, vuruşur, ancaq “Qarabağ”ın çempion olacağını düşünürəm. Eyni xalları var, hansı güclüdürsə, o da çempion olsun.

Uzun müddət “Xəzər Lənkəran”da futbolçu və məşqçi kimi çalışmısız. Klubun rəhbəri Mübariz Mənsimov bu yaxınlarda şərti azadlığa buraxıldı…

Allaha çox şükür, çox sevindim buna. Düzdür, əlaqə qurmaq imkanım olmayıb. Ancaq dua edirdik ki, tez azadlığa çıxsın. O, çox yaxşı insandır, Allah balalarını saxlasın. (Komanda.az)

скачать dle 10.4 UTF-8Forex для начинающих

19-03-2021
96
REKLAM
Etketlər
#milli, #futbolu, #yaxşı, #empion, #Azərbaycan, #nədir, #Hondanın, #futbolular, #millidə, #olsun, #ağırılmayan, #hansı, #zaman, #arzum, #Xəzər, #komandaya, #gtrsəydilər, #oynayıb, #yerinə, #fikrimcə
DİGƏR XƏBƏRLƏR
19-03-2021
"Məşqçinin fikrinə hörmətlə yanaşıram" - Ömər Buludov
17-02-2021
"Rəqib qapısına 100 faiz penalti təyin edilməli idi" - İlkin Muradov
8-02-2021
“Futbolçu yoxdur, biz də axtarırıq” –
“Futbolçu yoxdur, biz də axtarırıq” – Ağasəlim Mircavadov
5-02-2021
"Gedib fəhlə işləsəydim, daha çox maaş verərdilər" - Nodar Məmmədov
27-12-2020
"Taktika dəyişdi və nəticələr gəlməyə başladı" - Emin Mahmudov
21-12-2020
"Baş məşqçinin xoşuna gəlmirəmsə, nə edə bilərəm?" - Emin Mahmudov
24-09-2020
“Mən hər zaman öz oyunumdan narazıyam” -
“Mən hər zaman öz oyunumdan narazıyam” - Coşqun Diniyev
12-09-2020
"Niyə də çempion olmayaq?!" - Yunis Hüseynov
1-08-2020
“Dedim ki, Kazbek müəllim...” -
“Dedim ki, Kazbek müəllim...” - “Unuda bilmədiyimiz oyun”
20-03-2020
“Elxan Məmmədovun yanında 400 manata görə hər şeyə göz yumanlar var” -
“Elxan Məmmədovun yanında 400 manata görə hər şeyə göz yumanlar var” - Səid Nağızadə
30-09-2019
"Mən ona sübut edəcəyəm ki, milli komandaya layiqəm" - Ruslan Qurbanov
20-02-2019
"Qoy, azərbaycanlılar oynayıb, məğlub olsunlar" - Emin Quliyev
15-11-2018
Kamal Quliyev:
Kamal Quliyev: "Neftçi" üçün ac-susuz oynayanda indiki rəhbərlik kim bilir, harda eşələnirdi"
11-04-2018
Şahin Diniyev:
Şahin Diniyev: Heç onunla danışıq aparmırlar
28-11-2017
Emin Quliyev:
Emin Quliyev:""Rəvan" mənə dərs oldu"
  Xəbər Lenti
11 gənc boksçumuz mübarizə başlayır - Dünya birinciliyi 13.04.2021, 14:34
Azərbaycan - Yunanıstan oyunu canlı yayımlanacaq - Avropa çempionatı 13.04.2021, 14:27
Peres yenidən “Real”da - 2025-ci ilə qədər 13.04.2021, 14:21
Münhen təminat verməkdən imtina etdi - AVRO-2020 13.04.2021, 13:36
Ən bahalı futbolçular - SİYAHI 13.04.2021, 13:30
Üç idman növü üzrə məşqlərə icazə verildi - AÇIQLAMA 13.04.2021, 12:52
"Gücümüzü sözdə yox, meydanda deməliyik" - Millimizin oyunçusu 13.04.2021, 12:30
Özil klub sahibi oldu - Meksikada 13.04.2021, 12:11
“Bavariya” PSJ-yə qarşı - Çempionlar Liqası 13.04.2021, 11:57
BÜTÜN XƏBƏRLƏR
Azərbaycan Premyer Liqası
№ Komanda o x
1 Neftçı 20 42
2 Qarabağ 20 42
3 Zirə  20 30
4 Sumqayıt   20 26
5 Qəbələ 20 23
6 Səbail 20 18
7 Keşlə 20 17
8 Sabah 20 16
Ətraflı
20-03-2021
Honda
Honda "Neftçi" ilə birgə məşqə başladı - FOTO
26-03-2021
"Bizim üçün vacib test olacaq" - De Byazi
3-04-2021
"Bəzi voleybolçularımız hobbilərini biznesə çeviriblər" - "Azərreyl"in prezidenti
Bugün, 12:30
"Gücümüzü sözdə yox, meydanda deməliyik" - Millimizin oyunçusu
6-04-2021
"De Byazili Azərbaycan yığması meydana qalib gəlmək üçün çıxmır" - VİDEO
18-03-2021
Futbol Akademiyasına avtomobillər alındı
Futbol Akademiyasına avtomobillər alındı 2 ədəd
18-03-2021
Elxan Məmmədovun qardaşına yeni vəzifə verildi
Elxan Məmmədovun qardaşına yeni vəzifə verildi
26-03-2021
"Ana-bacı qatilinin mənə qardaş deməsini qəbul edə bilmərəm" - Şahin Diniyev
22-03-2021
Təxirə salınmış oyunlara hakim təyinatları -
Təxirə salınmış oyunlara hakim təyinatları - I Divizion
22-03-2021
Kramarenkonun taleyinə aydınlıq gəldi -
Kramarenkonun taleyinə aydınlıq gəldi - Klubunda qalacaq
  • Futzal Yüksək Liqa
  • Birinci divizion
№ Komanda o x
1 Araz 17 51
2 Marafon 17 39
3 EKOL 17 39
4 Neftçi İK 17 36
5 Baku Fire 17 28
6 Bakı TFK  17 17
7 Premier Quba 17 14
8 Record club 17 13
9 Xızı Futzal  17 12
10 Yasamal İSK 17 5
Ətraflı
№ Komanda o x
1 Turan-Tovuz 16 36
2 Zaqatala 17 34
3 Neftçi-2 16 34
4 Sabah-2 16 29
5 Qarabağ-2 17 26
6 Kəpəz 15 17
7 Qaradağ Lökbatan 16 16
8 Keşlə-2  16 12
9 MOİK 16 10
10 Sumqayıt-2  15 9
Ətraflı
REKLAM
İdmanımız naminə Sportfm.az@gmail.com
© 2020 SPORTFM.AZ BÜTÜN HÜQUQLAR QORUNUR
  • Sayt Ülvi Amon tərəfindən yığılıb