Sportfm.az xəbər saytı
Sportfm.az xəbər saytı
"Qəbələ"nin legionerinə ağır cəza -AFFA
AFFA İntizam Komitəsi "Qəbələ"nin futbolçusu Merab Giqaurini 3 oyunluq cəzalandırıb.
Sportfm.az xəbər verir ki, buna səbəb gürcüstanlı oyunçunun Premyer Liqanın XX turunda "Zirə" ilə 1:1 hesablı heç-heçə etdikləri qarşılaşmada “təcavüzkar davranış”a görə birbaşa qırmızı vərəqə almasıdır. Əyalət təmsilçisi buna görə 2400 manat məbləğində cərimələnib.
"Zirə" klubu isə 800 manat ödəməli olacaq. Qəsəbə təmsilçisinin 4 futbolçusu həmin görüşdə sarı vərəqə alıb.
Komitə "Səbail"ə də eyni cəriməni tətbiq edib. Komandanın 4 üzvü "Neftçi"yə 0:4 hesabı ilə uduzduqları qarşılaşmada sarı vərəqə görüb.
Oxşar xəbərlər
“Zaqatala” himnə görə cərimə olundu - Qərar
"Keşlə"nin kapitanına ağır cəza - AFFA
AFFA klubları cəzalandırdı
Paytaxt klubu 400 manat cərimə olundu - AFFA
AFFA "Qarabağ"ı cərimələdi
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin















Misli Premyer Liqası