"Hücumçuya ehtiyacımız var" -Sənan Qurbanov
"Bu gün özümüzə şərait yaratmalı idik. Amma kobud səhvlərdən iki qol buraxdıq. İstədiyimiz oyunu isə görə bildik".
Sportfm.az xəbər verir ki, bunu "Keşlə"nin baş məşqçisi Sənan Qurbanov səfərdə "Neftçi"yə 1:3 hesabı ilə uduzduqları Azərbaycan Premyer Liqasının XIX turunun oyunundan sonra mətbuat konfransında deyib.
41 yaşlı mütəxəssis bildirib ki, ələ düşən imkanlardan yararlana bilməyiblər:
"Bu da komandada psixoloji gərginlik yaradır. "Neftçi" isə usta futbolçuları ilə fürsətlərdən maksimum yararlandı. Hücumçuya ehtiyacımız var. Forvard qol vura bilmirsə, yeri ehtiyat oyunçular skamyasıdır. Futbolçular məyus idi".
Baş məşqçinin sözlərinə görə, Müşahidə Şurasının sədri Zaur Axundov komandaya dəstək verir: "Kobud səhvlərə yol veririk. Nəticədə məğlub oluruq. Bunları Zaur Axundov da görür. Ona görə də komandanın yanındadır". (report)
Oxşar xəbərlər
"Məğlubiyyətlər komandada inamsızlıq yaradır” - Sənan Qurbanov
"Psixoloji gərginliyi üstümüzdən ata bilmirik" - Sənan Qurbanov
"Qalib gəlsəydik, daha yaxşı olardı" - Sənan Qurbanov
Tərlan Əhmədov da aksiyaya qoşuldu - VİDEO
Sənan Qurbanov: "Üzücü məğlubiyyət oldu"
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
“DH Volley” komandası voleybol meydançası inşa etdi - FOTO
-
AFFA-dan maliyyə menecerləri üçün seminar
-
Azərbaycan millisi Rusiyaya rəqib oldu - UEFA İnkişaf Turniri
-
Günün canlı yayımlanacaq qarşılaşmaları - TV AFİŞA
-
Qızlarımız yenə məğlub oldu - Avropa Çempionatı
-
Premyer Liqada 28-ci tur başlayır - YENİLƏNİR















Misli Premyer Liqası