reklam
Sənan Qurbanov:
Sportfm.az xəbər saytı

Sənan Qurbanov: "Üzücü məğlubiyyət oldu"


“Bizim üçün üzücü məğlubiyyət oldu. Kobud səhvlər etdik”. 

Sportfm.az xəbər verir ki, bu sözləri “Qəbələ”nin baş məşqçisi Sənan Qurbanov deyib. “Qırmızı-qaralar” Topaz Premyer Liqasının II turunda səfərdə “Neftçi”yə məğlub olub. Oyundan sonra baş tutan mətbuat konfransında iştirak edən gənc çalışdırıcı fikirlərini bildirib: 

- İlk hissədə oyunumuz alınmadı, rəqib bundan istifadə etdi. İkinci hissədə yetərincə qol imkanlarımız oldu. Yenə deyirəm, kobud səhvlərdən qollar buraxdıq. Növbəti oyunlarda əlimizə düşən imkanlardan maksimum yararlanmalıyıq. 

- “Qəbələ” bu oyuna ənənəvi heyətlə çıxmışdı. İlk oyundakı heyəti dəyişmək mümkün deyildi?

- Əlimizdə nə imkan varsa, maksimum, bacardığımız qədər ondan istifadə etməyə çalışırıq. Gələcək oyunlarda da bu futbolçularla mübarizə aparacağıq. 

- Monroz sanki oyuna hazır deyildi. Bu fikirlə razısınız?

- Monroz zədəli idi, dünən komanda ilə məşqlərə başlayıb. Deməzdim ki, passiv idi. Amma sizinlə razı deyiləm, hücumçu kimi özünü göstərə bildi.(sportal.az)

Oxşar xəbərlər

"Hücumçuya ehtiyacımız var" - Sənan Qurbanov
"İlk saniyədən sakitləşməyə çalışdım" - Sənan Qurbanov
Sənan Qurbanov:"İlk addımı mən atacam"
"Əliyev ehtiyatdan oyuna çox fəal daxil oldu” - Sənan Qurbanov
Sənan Qurbanov görəcəyi faydadan danışdı:"Daha güclü olmaq..."

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər