reklam
Yığmamızın üzvü:
Sportfm.az xəbər saytı

Yığmamızın üzvü:"Lüksemburqla demək olar ki, eyni səviyyədəyik"


Lüksemburqda keçirilən "Novotel Cup 2017” turnirinə yekun vurulub. Kişi voleybolçulardan ibarət Azərbaycan millisi 4 komandanın qatıldığı turniri 3-cü pillədə başa vurub. Fərid Cəlalovunun yetirmələrindən Elmin Alişanov Sportfm.az saytının suallarını cavablandırıb. 
- "Novotel Cup 2017”də bizim yığmamızda iştirak edib. Lüksemburqda baş tutan bu yarışa xüsusi olaraq hazırlaşmışdınız?
- Bir ay əvvəldən turnirə hazırlığa başladıq. Tam olmasa belə, müəyyən mənada ora hazır yollandıq. 
- Turnirdə iştirak etməkdə əsas məqsəd nə idi? 
- Bu turnirdə əsas məqsədimiz digər yığmalarla oynayıb, təcrübə qazanmaq idi. Təbii ki, yarışın qalibi olmaq üçündə mübarizə aparırdıq. 
- Ancaq sonda yığmamız 3-cü sırada yer ala bildi...
- Bunun müəyyən səbəbləri var. İlk matçda İslandiya yığması ilə üz-üzə gəldik. Onları 3:1 hesabı ilə yendik. 2-ci matçımız gərgin keçdi, Lüksemburq yığması ilə demək olar ki, eyni səviyyədəyik. Ancaq oyun təcrübəmizin azlığı yekunda öz sözünü dedi. Və biz 3:2 hesabı ilə meydanı məğlub tərk etdik. Almaniyanın gənclər yığması(U-21) ilə eyni nəticə qeydə alındı. Onlara yalnız tay-brekdə məğlub olduq.  
- Yığmamızın çıxışını necə dəyərləndirərdin?
- Düşünürəm ki, pis oynamadıq. Sadəcə çatışmayan cəhətlər var. Onların üzərində işləmək lazımdır. Əsasən oyun təcrübəsi baxımından əziyyət çəkirik. Görüşlər zamanı yol verilən səhvlərin böyük əksəriyyəti təcrübənin olmamasından qaynaqlanırdı. 
- Oyun təcrübəsi baxımından əziyyət çəkən yığma üzvləri il ərzində orta hesabla neçə matçda qüvvəsini sınamalıdır?
- Digər yığmalar il ərzində 30-40 oyun keçirir. Bizim yığmamızda isə bu rəqəm çox azdır. Yəqin ki, federasiya rəhbərliyi bütün bunları nəzərə alacaq. Əlavə turnirlərə və təlim-məşq toplanışlarına yollansaq, bu çatışmamazlığı aradan qaldıracağımıza inanıram. 
Qeyd edək ki, sonuncu olan İslandiya turnirdə xal qazana bilməyib.


Oxşar xəbərlər

"Kiçik dünya çempionatı"nda iştirak edən məşqçimiz:"Biz onlardan 20-25 il geri qalırıq"
Yığmamızın üzvü:"İstərdim ki, turnirdə təkcə Bakı komandaları deyil, bölgə komandaları da iştirak etsin"
Yığmalarımızın şərəfini qoruyan idmançılar nişanlandı - FOTO
Yığmamız Gürcüstan və Xorvatiyaya böyük hesabla məğlub olub
Teymur Rəcəbov: "Olimpiadada sona qədər mübarizə aparacayıq"

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər