Sportfm.az xəbər saytı
Sportfm.az xəbər saytı
Yığmamızın üzvü:"İstərdim ki, turnirdə təkcə Bakı komandaları deyil, bölgə komandaları da iştirak etsin"
Kişi voleybolçulardan ibarət Azərbaycan Yüksək dəstəsinin pley-off mərhələsinin son dövrəsinin təqvimi dəqiqləşib. Ölkə çempionunun adına martın 30-da Naxçıvanda aydınlıq gələcək. Belə ki, ikinci mərhələnin oyunları martın 28-də Naxçıvanda başlayacaq. Naxçıvanda medallar uğrunda yarışacaq "Lokomotiv" klubunun və yığmamızın voleybolçusu Tural Həsənli Sportfm.az saytına müsahibə verib.
- Pley-off mərhələsinə uğurla başlamısınız. Bu tendensiyanı Naxçıvanda davam etdirə biləcəksiniz?
- Bu mərhələdə əsas rəqibimiz "Neftçi”yə xal vermədik, buna görə çox sevinirəm. Məqsədimiz Naxçıvanda keçiriləcək son mərhələdə onları məglub etməkdir. Necə deyərlər, bütün komandaları "fil gözündə” görməliyik. İnanıram ki, Naxçıvanda da uğurumuzu davam etdirə biləcəyik.
- Çempionatın təqviminə görə oyunlar hər ayın birinci həftəsində keçirildi. Bu qədər fasilə verilməsi klubların lehinə idi, yoxsa əleyhinə?
- Doğrudur oyunlar arasında 3 həftəlik fasilə çoxdur. Bu il çempionat milli komandanın "İslam Oyunlarına” yaxşı hazırlaşması ücün təşkil edilib. Normalda bu sistem klubların əleyhinədir. Təbii ki, biz istərdik ki, hər həftə oyunlar təşkil edilsin. Nəzərə almaq lazımdır ki, təqvim milli komandanın baş məşqçisi Fərid Cəlalovun təqviminə əsasən tərtib edilib. İtirəcəyimiz bir dövrə oldu, həmin vaxt Lüksemburqda keçirilən "Novotel Cup "da iştirak etdik .
- Bu çempionat ötən yarışla nə ilə fərqlənir?
- Maraqlı olması ilə fərqlənir. Xüsusən son oyunların CBC Sport tərəfindən yayımlanması bizlərə əlavə stimul verdi. Oyunlar gözəl şərh olundu , buna görə telekanala təşəkkür edirəm.
- "İslam Oyunları"nda hədəfiniz nədir?
- Medal qazanmaq istəyirik. Ən azından bürünc əldə edə bilərik, düşünürəm ki, şansımız var. İnanıram ki, gücümüzü gücümüzü sübut edə biləcəyik.
- Mayda Fransada dünya çempionatının təsnifat mərhələsi keçiriləcək. Millimizin şansını necə dəyərləndirirsən?
- Rəqiblərimiz çox güclüdür. "İslam Oyunları”na qədər yoxlama görüşlərində qüvvəmizi sınamalıyıq. Əgər yığma komandamızın baş məşqçisinin taktiki gedişlərini həyata keçirə bilsək, Fransada yaxşı nəticə əldə edə bilərik. Çox istərdik ki, növbəti mərhələyə vəsiqə qazanaq.
- Tural sən həm də Birinci liqada çıxış edən "Astoria" komandasının baş məşqçisisən. Bu sahədə çalışmaq xoşuna gəlir?
- "Astoria" komandasından təklif gəldi, məmnuniyyətlə qəbul etdim. Həmdə özümü məşqçi kimi sınamaq istədim və düşündüm ki, gələcəkdə mənə faydası olacaq. Necə məşqçi olduğumu komandanın üzvlərindən soruşmaq lazımdır(gülür ). Əlbəttə hər bir idmançının arzusudur ki, məşqçi olsun və öz bildiklərini bölüşsün.
- Kişi voleybolunun inkişafı ücün atılan addımlar yetərlidir?
- Ötən illərə nisbətən böyük işlər görülür. Birinci liqa və Həvəskarlar turniri yaradılıb. Federasiya tərəfindən kişi voleyboluna diqqət artıb. İstərdim ki, bu yarışlarda təkcə Bakı komandaları deyil, eyni zamanda bölgə komandalarımız iştirak etsin. Onda əsl inkişafdan danışmaq olar.
- Mövsüm başa catmaq üzrədir, transfer təklifləri varmı?
- Bəli, təkliflər var. Əsas hədəfimiz " İslam Oyunları” olduğu ücün gözləmə mövqeyindəyəm. Millimizin əsas meneceri İlqar İmamquliyev bu yöndə bizlərə çox kömək edir. Gələn mövsüm Super Liqanın hansı səviyyədə olmasından aslı olmayaraq, ölkə xaricindən gələn transfer təkliflərindən birini dəyərləndirəcəm. Başqa çempionatda oynamaq bizə əlavə təcrübə qazandıracaq.
Oxşar xəbərlər
Elxan Abdullayev:"Heç vaxt uduzmağa görə peşman olmuram"
"İslam Oyunlarına hazırlıq turniri kimi baxırdıq" - Rəqib baş məşqçi
Naxçıvan Kubokunun təqdimat mərasimi keçirildi – Foto
"Bakı 2017" İslam Həmrəyliyi Oyunlarının Əlaqələndirmə Komissiyasının V iclası keçirilir
Faiq Qarayev:"Səylə çalışmaq lazımdı"
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin















Misli Premyer Liqası