Sportfm.az xəbər saytı
Sportfm.az xəbər saytı
Yığmamız Gürcüstan və Xorvatiyaya böyük hesabla məğlub olub
Azərbaycanın su polosu üzrə U-19 yığması bu günlərdə Hollandiyada keçirilən gənclər arasında Avropa çempionatında Gürcüstan və Xorvatiya yığmalarına böyük hesabla məğlub olub. Sportfm.az xəbər verir ki, Gürcüstanla keçirilən qarşılaşmanın ən məhsuldar oyunçusu hesabında 6 qol ilə Nika Şuşiaşvili olub. Rəqibin Andria Bitadze və Qeorgi Maqrakvelidze adlı vaterpolçuları isə hərəyə 5 dəfə fərqləniblər.
Azərbaycan komandası qrupda son görüşünü Xorvatiya millisinə qarşı keçirib. Bu görüş də yığmamızın böyük hesablı məğlubiyyəti ilə başa çatıb - 1:15. Qrupun ilk oyununda isə komandamız Rusiyaya yenilmişdi. Bununla da Azəbaycanın su polosu yığması 0 xal ilə qrupda sonuncu yeri tutub. Turnirdə 4 qrupa bölünən 16 komanda iştirak edir. Hər qrupun qalibi 1/4 finala birbaşa vəsiqə qazanıb. Digər komandalar "play-off" oyunlarında iştirak edirlər və bu görüşlərin yekunu üzrə digər 1/4 finalçılar müəyyən edilir.
Su polosu üzrə Avropa çempionatı sentyabrın 18-də başa çatacaq.
Oxşar xəbərlər
Yığmamız Türkiyəyə böyük hesabla məğlub oldu
Yığmamız Ukraynaya böyük hesabla uduzdu - Avropa çempionatı
Millimiz Belarusa böyük hesabla məğlub oldu - II MDB oyunları
Azərbaycan cüdoçularından böyük uğur - Avropada birinci oldular
Macarıstan Avropa Kubokunun qalibi oldu
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Riçard Almeyda “Qarabağ”da işə başladı
-
Gülər Hüseynova finala yüksəldi - Yeniyetmələrin Yay Olimpiya Oyunları
-
“Sumqayıt”ın kapitanı Pakistan millisində
-
Lixtenşteyn – Azərbaycan matçının hakimləri bilindi - Millətlər Liqası
-
Rəhim Həsənov müahisəli epizodları şərh etdi - VİDEO
-
Yığmamız Almaniyaya böyük hesabla məğlub oldu














Misli Premyer Liqası