Yığmalarımız növbəti təlim-məşq toplanışına başladı
Yunan-Roma və sərbəst güləş üzrə Azərbaycan yığmaları bu gündən növbəti təlim-məşq toplanışına start verib.
Sportfm.az xəbər verir ki, hazırlıq prosesi martın 19-dan 22-dək Macarıstanın paytaxtı Budapeştdə keçiriləcək Avropa Olimpiya Təsnifat turnirinə hazırlıq xarakteri daşıyır.
Yunan-Roma güləşi üzrə milli yarışın startına qədər toplanışı Bakıda keçəcək. Komanda baş məşqçi Aleksandr Tarakanov, böyük məşqçi Rövşən Bayramov və məşqçi Akif Əliyevin rəhbərliyi altında Olimpiya Güləş Mərkəzində intensiv olaraq məşqlərini davam etdirəcək.
Sərbəst güləş üzrə milli isə Rusiyanın Kislavodsk şəhərində təlim-məşq toplanışına başlayıb. Baş məşqçi əvəzi Zəlimxan Hüseynov və məşqçi Arif Abdullayevin rəhbərliyi altında olimpiya çəkilərində yer alan bir neçə yığma üzvü hazırlıq prosesində iştirak edir. Bunlar Georgi Edişeraşvili, Əfqan Xaşalov (hər ikisi 57 kq), Hacı Əliyev, Turan Bayramov (hər ikisi 65 kq), Toğrul Əsgərov, Hacımurad Ömərov (hər ikisi 74 kq), Osman Nurməhəmmədov, Abubakr Abakarov (hər ikisi 86 kq), Şərif Şərifov, Nurməhəmməd Hacıyev (97 kq) və Camaləddin Məhəmmədovdur (125 kq).
Fevralın 29-dək qonşu ölkədə qalacaq nümayəndə heyətinə Azərbaycan Güləş Federasiyasının sərbəst güləş üzrə vitse-prezidenti Firdovsi Umudov rəhbərlik edir.
Qeyd edək ki, Hacımurad Hacıyev və Cəbrayıl Həsənov zədə üzündən bu toplanışda iştirak etmir.
Oxşar xəbərlər
Yığmamız hazırlığa başladı
Güləşçilərimiz təlim-məşq toplanışında - Rusiyada
Yığmalarımız ölkə xaricində təlim-məşq toplanışında
Güləşçilərimiz Dağıstanda hazırlaşacaq - FOTO
Güləşçilərimiz Türkiyədəki turnir üçün toplanışa başladı - FOTO
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Riçard Almeyda “Qarabağ”da işə başladı
-
Gülər Hüseynova finala yüksəldi - Yeniyetmələrin Yay Olimpiya Oyunları
-
Lixtenşteyn – Azərbaycan matçının hakimləri bilindi - Millətlər Liqası
-
“Sumqayıt”ın kapitanı Pakistan millisində
-
Rəhim Həsənov müahisəli epizodları şərh etdi - VİDEO
-
Yığmamız Almaniyaya böyük hesabla məğlub oldu















Misli Premyer Liqası