Güləşçilərimiz təlim-məşq toplanışını davam etdirir -Belarusda
Yunan-Roma güləşi üzrə millimiz Belarusda təlim-məşq toplanışını davam etdirir.
Sportfm.az xəbər verir ki, Minskin “Stayki” Olimpiya Mərkəzində keçirilən hazırlıq prosesində Azərbaycan, Belarus, Qazaxıstan və Özbəkistan yığmaları iştirak edirlər.
Fevralın 25-dək davam edəcək toplanışda həm taktiki-texniki, həm də fiziki hazırlığın yüksəldilməsi istiqamətində çalışmalar həyata keçirilir.
Martın 18-dən 21-dək Macarıstanın paytaxtı Budapeştdə keçiriləcək Avropa Olimpiya təsnifat turnirinə hazırlıq xarakteri daşıyan təlim-məşq toplanışında baş məşqçi Aleksandr Tarakanov və böyük məşqçi Rövşən Bayramovun rəhbərliyi altında Eldəniz Əzizli (55 kq), Murad Məmmədov, Murad Bazarov (hər ikisi 60 kq), Namaz Rüstəmov, İslambek Dadov (hər ikisi 67 kq), Sənan Süleymanov (77 kq), Rafiq Hüseynov (82 kq), İslam Abbasov (87 kq), Murad Lokyayev, Zamir Məhəmmədov (97 kq), Beka Kandelaki və Sabah Şəriəti (130 kq) iştirak edirlər.
Oxşar xəbərlər
Güləşçilərimiz təlim-məşq toplanışında - Rusiyada
Yığmalarımız ölkə xaricində təlim-məşq toplanışında
Yunan-Roma güləşçilərimizin "Qran-pri" üçün heyəti - SİYAHI
Azərbaycan güləşçiləri hazırlığı davam etdirir
Güləşçilərimiz Minskdə təlim-məşq toplanışına başladı
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Bu gün yarımfinalçılar müəyyənləşir - Konfrans Liqası
-
Nəriman oynadı, komandası qələbə qazandı
-
Günün canlı yayımlanacaq qarşılaşmaları - TV AFİŞA
-
"Qarabağ" - "Sabah" oyununun hakimləri açıqlandı - Premyer Liqa
-
"Sabah" - "Qarabağ" matçına 3000-dən çox bilet satıldı
-
Bu gün yarımfinalçılar məlum olacaq - Avropa Liqası














Misli Premyer Liqası