"Sumayıt" və "Qarabağ" yarımfinalda -Azərbaycan Kuboku
Bu gün Azərbaycan kubokunda 1/4 final mərhələsinin cavab oyunlarına start verilib.
Sportfm.az xəbər verir ki, ilk matç günündə 2 görüş keçirilib.
"Qəbələ" son ölkə çempionu "Qarabağ"ı qəbul edib. İlk görüşdə 3:1 hesabı ilə qalib gələn Ağdam təmsilçisi cavab oyununda da 3:0 hesabı ilə qalib gələrək yarımfinala yüksəlib.
Günün digər qarşılaşmasına "Sumqayıt" "Səbail"in qonağı olub. 2:1 hesabı ilə qalib gələn "gənclik şəhəri" təmsilçisi 2 səfər qoluna görə yarımfinala adlayıb. Komandalar arasında birinci matçda isə paytaxt klubu 1:0 hesabı ilə qalib gəlib.
Beləliklə, "Sumqayıt" və "Qarabağ" yarımfinalda bir-birləri ilə üz-üzə gələcəklər.
6 fevral
18:00. “Səbail” – “Sumqayıt” - 1:2
Qollar: Rəhim Sadıxov, 20 (0:1), Əli Qurbani, 23 (0:2), Əfran İsmayılov, 90+6, pen (1:2)
Hakimlər: Orxan Məmmədov, Cavanşir Yusifov, Vüqar Bayramov, Nicat İsmayıllı
İlk oyun - 1:0
“ASCO Arena”
15:00. “Qəbələ” – “Qarabağ” - 0:3
Qollar: Maksim Medvedev, 6, Patrik Andrade, 45+4-pen, 48
Hakimlər: Əliyar Ağayev, Zeynal Zeynalov, Akif Əmirəli, Namiq Bəkirov
İlk oyun - 1:3
Qəbələ şəhər stadionu
7 fevral
14:30. "Kəpəz" - "Keşlə"
Gəncə şəhər stadionu
İlk oyun- 0:1
17:30. "Zirə" - "Neftçi"
Zidə İdman Kompleksinin stadionu
İlk oyun - 1:0
Oxşar xəbərlər
"Qarabağ"dan "Keşlə"yə 6 qol - Azərbaycan Kuboku
İlk yarımfinaçılar müəyyənləşir - Azərbaycan Kuboku
"Qəbələ" - "Qarabağ" matçını FIFA referisi idarə edəcək - Azərbaycan Kuboku
"Qəbələ" və "Zirə" yarımfinala çıxdı
"Keşlə" yarımfinalda, "Neftçi" "Zirə"yə qarşı
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Bu gün yarımfinalçılar müəyyənləşir - Konfrans Liqası
-
“Bahar Kuboku”nun konkur yarışı başa çatdı
-
Nəriman oynadı, komandası qələbə qazandı
-
Günün canlı yayımlanacaq qarşılaşmaları - TV AFİŞA
-
"Qarabağ" - "Sabah" oyununun hakimləri açıqlandı - Premyer Liqa
-
"Sabah" - "Qarabağ" matçına 3000-dən çox bilet satıldı















Misli Premyer Liqası