"Qəbələ" və "Zirə" yarımfinala çıxdı
Bu gün Azərbaycan kubokunda 1/4 final mərhələsinin cavab görüşlərinə start verilib.
Sportfm.az xəbər verir ki, ilk oyun günündə iki qarşılaşma keçirilib. İlk olaraq "Zirə" "Səbail"i qəbul edib. Komandalar arasında "ASCO Arena"dakı birinci oyunda hesab açılmayıb. Bu matçda isə meydan sahibləri 1:0 hesablı qələbə ilə növbəti mərhələyə yüksəlib.
Günün digər matçında "Sabah" "Qəbələ"ni qəbul edib. İlk görüşdə 3 cavabsız qolla qalib gələn əyalət təmsilçisi bu dəfə 3:2 hesablı qələbə ilə yarımfinala adlayıb.
Qeyd edək ki, 1/4 final mərhələsinin digər cavab görüşləri sabah keçiriləcək.
19 dekabr
18:00. “Sabah” – “Qəbələ” - 2:3
Qollar: Davit Volkov, 22 (0:1), 23 (0:2), Bəhlul Mustafazadə, 62 (1:2), Klesio Bauk, 64 (1:3), Bəhlul Mustafazadə, 76 (2:3)
Hakimlər: Əliyar Ağayev, Zeynal Zeynalov, Qəzənfər Məmmədov, Namiq Bəkirov
“Bank Respublika Arena”
İlk oyun - 0:3
15:00. “Zirə” – “Səbail” - 1:0
Qol: Sezar Rodrigez, 105+1
Hakimlər: Rəhim Həsənov, Namiq Hüseynov, Mübariz Haşımov, Vüqar Həsənli
Zirə İdman Kompleksinin stadionu
İlk oyun - 0:0
20 dekabr (cümə)
17:00. “Sumqayıt” – “Neftçi”
Hakimlər: Rəvan Həmzəzadə, Cəmil Quliyev, Vüqar Bayramov, Rəşad Əhmədov
“Kapital Bank Arena”
20:00. “Keşlə” – “Qarabağ”
Hakimlər: Rauf Cabarov, Elşad Abdullayev, Müslüm Əliyev, Orxan Məmmədov
“ASCO Arena”
Oxşar xəbərlər
"Zirə" yarımfinalda, "Sabah" "Qəbələ"yə qarşı - YENİLƏNİR
Ölkə kubokunda ilk yarımfinalçılar kim olacaq? - YENİLƏNİR
Azərbaycan kubokunda 1/4 finalın təyinatları açıqlandı - SİYAHI
"Kəpəz"in Bakıdakı matçını kim idarə edəcək? - Açıqlandı
Əliyar Ağayev turun son matçına təyinat aldı
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Bu gün yarımfinalçılar müəyyənləşir - Konfrans Liqası
-
Günün canlı yayımlanacaq qarşılaşmaları - TV AFİŞA
-
Nəriman oynadı, komandası qələbə qazandı
-
"Qarabağ" - "Sabah" oyununun hakimləri açıqlandı - Premyer Liqa
-
"Sabah" - "Qarabağ" matçına 3000-dən çox bilet satıldı
-
“İran millisi dünya çempionatına gələcək” Canni İnfantino















Misli Premyer Liqası