reklam
Sportfm.az xəbər saytı

"Keşlə" yarımfinalda, "Neftçi" "Zirə"yə qarşı


Bu gün Azərbaycan Kubokunda 1/4 final mərhələsinin cavab oyunlarına start verilib.
Sportfm.az xəbər verir ki, yarımfinalın ilk iştirakçısı Gəncədə məlum olub. Burada "Kəpəz" ilk qarşılaşmada 0:2 hesabı ilə uduzduğu "Keşlə"ni qəbul edib. Oyun qonaqların 3:2 hesablı qələbəsi ilə başa çatıb. Bu nəticə ilə "Keşlə" yarımfinala yüksəlib.
Günün digər matçında isə "Neftçi" "Zirə"ni qəbul edəcək. İlk oyunda 0:1 hesabı ilə uduzan "ağ-qaralar" Topaz Premyer Liqada da bu rəqibə qalib gələ bilmir. Tərlan Əhmədovun komandası növbəti mərhələyə adlamaq üçün mütləq qələbə qazanmalıdır.
14 dekabr (cümə axşamı)

13:00.“Kəpəz” – “Keşlə” - 2:3
Qollar:
 Mirsahib Abbasov, 34 (0:1), Şəhriyar Rəhimov, 49 (1:1), Kamran Abdullazadə, 79 (2:1), Pərdis Fərcad-Azad, 81 (2:2), Mirsahib Abbasov, 84 (2:3)
İlk oyun - 0:2
Hakimlər:
 Orxan Məmmədov, Mehman Mahmudov, Knyaz Əmiraslanov, Rəvan Həmzəzadə
Gəncə şəhər stadionu

19:00.“Neftçi” – “Zirə”
İlk oyun - 0:1
Hakimlər
: Fariz Yusifov, Elman Musayev, Azər Əsgərov, Ziya Nəsirov
“Bakcell Arena"

15 dekabr (cümə)

16:00.“Səbail” – “Qəbələ”
Hakimlər: İnqilab Məmmədov, Rahil Ramazanov, Nahid Əliyev, Nail Nağıyev
“Bayıl Arena”

19:00.“Sumqayıt” – “Qarabağ”
Hakimlər: Rəhim Həsənov, Akif Əmirəli, Namiq Hüseynov, Elvin Əsgərov
“Kapital Bank Arena”

 Yarımfinal cütlükləri
"Keşlə"/“Sumqayıt” – “Qarabağ”

Oxşar xəbərlər

“Neftçi” – “Zirə” oyunu Ramil Diniyevə həvalə edildi
"Neftçi" və "Keşlə" yarımfinalda
Kubokda cavab matçlarının hakimləri məlum oldu
Rəhim Həsənov "dincəlir", Fariz Yusifov Zirəyə yollanır
Fariz Yusifov hansı oyunu idarə edəcək?

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər