reklam
Dünya çempionatına azarkeşlər buraxılacaq -
Sportfm.az xəbər saytı

Dünya çempionatına azarkeşlər buraxılacaq -İnfantino açıqladı


2022-ci ildə Qətərdə keçiriləcək  dünya çempionatında azarkeşlərin iştirakına icazə veriləcək.

Sportfm.az xəbər verir ki, bu  barədə FİFA prezidenti Canni İnfantino danışıb. 
50 yaşlı rəhbər Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Baş direktoru Tedros Adhanom Qebreyesusun Cenevrədə təşkil etdiyi mətbuat konfransında həmin vaxtadək koronavirus pandemiyasına qalib gələcəklərini və fanatların matçları izləyə biləcəyini deyib:

"Stadionlarımız tam dolu olacaq. Çünki o vaxtadək koronavirusu yenəcəyik və bu virusla yaşamağı öyrənəcəyik. Dünya kubokunun sehrinin bütün insanları yenidən birləşdirəcəyinə inanıram".

Qeyd edək ki, 2010-cu ildəki səsvermə nəticəsində ev sahibliyinin Qətərə verildiyi DÇ-2022 21 noyabr- 8 dekabr tarixlərində keçiriləcək.

Oxşar xəbərlər

FİFA prezidenti Qətərdə yaşayacaq - Ailəsiylə birlikdə
“Dünya çempionatı keçiriləcək” - Canni İnfantino
FİFA virusla mübarizə üçün pul ayırdı - 10 milyon
Dünya çempionatında matçların yeri dəyişdiriləcək! - Açıqlama
İnfantino inadından əl çəkmir

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər