reklam
Müsahibə mərhələsinə start verilir -
Sportfm.az xəbər saytı

Müsahibə mərhələsinə start verilir -AÇ-2020


Bu gündən futbol üzrə Avropa çempionatının Bakı Könüllülər Proqramının müsahibə mərhələsinə start veriləcək.
Sportfm.az xəbər verir ki, ZOOM Platforması üzərindən təkbətək müsahibə mərhələsini tamamlayan könüllülər AÇ-2020 Bakı Könüllülər komandasına qoşulacaq.
Qeyd edək ki, müsahibə mərhələsində iştirakla əlaqədar UEFA Fame sistemi vasitəsilə könüllülərə onlayn dəvət göndərilib. 
Koronavirus pandemiyasına görə təxirə salınmış AÇ-2020-yə Bakı, Sankt-Peterburq, London, Münhen, Roma, Buxarest, Dublin, Kopenhagen, Bilbao, Qlazqo, Budapeşt və Amsterdam şəhərləri ev sahibliyi etməlidir. Turnirin oyunları iyunun 11-dən iyulun 11-dək təşkil olunacaq. 
Bakı Olimpiya Stadionu A qrupunun İsveçrə - Uels, Türkiyə - Uels və Türkiyə - İsveçrə qarşılaşmalarına, eləcə də 1/4 final mərhələsinin 1 oyununa ev sahibliyi edəcək.

Oxşar xəbərlər

Yığmanın üzvləri vaksinasiya olunacaq - Oyunlarından əvvəl
Roma UEFA-ya təminat verdi - Azarkeşlərlə bağlı
Avropa çempionatının formatı dəyişmədi - AVRO-2020 AVRO-2020
Pley-off matçları başlayır - AVRO-2020
UEFA təşkilatçı şəhərləri təsdiqlədi

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər