reklam
Vüqar Həşimovun adına klub təsis edildi
Sportfm.az xəbər saytı

Vüqar Həşimovun adına klub təsis edildi


Vüqar Həşimov Şahmat Fondu mərhum şahmatçının adını daşıyan klub təsis edib.

Sportfm.az xəbər verir ki, "Vüqar Həşimov" klubu ilk dəfə Monteneqroda klublararası Avropa Kubokunda mübarizə aparacaq.  

Sərxan Həşimovun rəhbəri olduğu komandada üçqat Avropa çempionu Rauf Məmmədov, beynəlxalq qrossmeysterlər Vüqar Əsədli, Ülvü Sadıqov, beynəlxalq usta Anar Allahverdiyev, 14 yaşlılar arasında dünya çempionu Aydın Süleymanlı, beynəlxalq usta Əhməd Əhmədzadə və ukraynalı qrossmeyster Nataliya Buksa iştirak edəcəklər. 

Qeyd edək ki, Anar Allahverdiyev klubda oynayan məşqçi olacaq. Noyabrın 9 - 17-də keçiriləcək yarış 7 turdan ibarətdir.

Oxşar xəbərlər

“Vüqar Həşimov” klubu Avropa kubokunda iştirak edəcək
Şahmatçılarımiz Avropa Kubokunda çıxış edəcək
Vüqar Həşimovun xatirəsi anıldı - Vəfatının yeddinci ildönümü
Şahmatçılarımız Avropa kubokuna qələbə ilə start verdi
Avropa kubokunda Azərbaycanı iki komanda təmsil edəcək

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər