"Azarkeşlərimizə çempionluq hədiyyə etmək istəyirik" -"Neftçi"nin legioneri danışdı
"Bir ildir ailəmi görmürdüm. Mənim üçün çox çətin idi. Gedib hamını - atamı, anamı, nişanlımı gördüm".
Sportfm.az xəbər verir ki, bu sözləri "Neftçi"nin futbolçusu Saman Nərimancahan klubun televiziyasına açıqlamasında deyib.
Qış fasiləsi zamanı ölkəsinə yollanan İrandan olan yarımmüdafiəçi yaxşı dincəldiyini bildirib: "Meydanda əlimdən gələni edib, komandama köməklik göstərmək istəyirəm. Hazırda 1-ci yerdəyik. Azarkeşlərimizə çempionluq hədiyyə etmək istəyirik".
Nərimancahan son vaxtlar azarkeşlər tərəfindən tənqid olmasında isə belə reaksiya verdi: "Hamının fikrinə hörmətlə yanaşıram. Bəzən onlar da haqlı olaraq irad bildirirlər. Hər zaman ən yaxşı performansımı göstərməyə çalışıram. Bəzi şeylər səndən asılı olmayaraq, qarşını kəsə bilər. Amma mən keçmişə yox, gələcəyə baxıram".
Oxşar xəbərlər
"Yaxın zamanlarda çətin günlər geridə qalacaq" - Tiaqo Bazerra
"Top saxlaya bilsək, hücumda yaxşı şanslarımız olacaq" - Emin Mahmudov
"Neftçi"dən ayrılan futbolçu Təbriz klubunda - Müqavilənin detalları açıqlanmadı
"Hər görüşə son oyun kimi baxacağıq" - "Neftçi"nin legioneri
"Sabah"ın kapitanı: "Bu mövsüm iddialı komandalardan olacağıq" - VİDEO
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin















Misli Premyer Liqası