"Top saxlaya bilsək, hücumda yaxşı şanslarımız olacaq" -Emin Mahmudov
"Mənim üçün hər oyun əlavə stimuldur. Həmişə milli komanda üçün meydanda ən yaxşısını etməyə çalışıram".
Sportfm.az xəbər verir ki, bunu Azərbaycan millisinin futbolçusu Emin Mahmudov Belarus yığmasına qarşı keçirəcəkləri yoldaşlıq oyunundan əvvəl mətbuat konfrasında deyib.
29 yaşlı yarımmüdafiəçi bildirib ki, bütün azarkeşlər komandadan yaxşı nəticə gözləyir: "Mən də əlimdən gələnin ən yaxşısını etməyə çalışıram. Türkiyəyə vurduğum qol da yaxşı alındı. Amma hər oyunda komandaya kömək etmək istəyirəm. Hər oyun digərindən fərqlənir. Türkiyə yığması hücum futbolu oynayır. Bizdən daha yaxşı komandadır. Belarus isə gənc kollektivdir. Onlarda çoxlu istək olacaq və özlərini göstərmək istəyəcəklər. Hər şey bizim oyunumuzdan asılıdır. Türkiyə ilə matçdakı kimi oynasaq, bizim üçün daha yaxşı olacaq. Top saxlaya bilsək, hücumda yaxşı şanslarımız olacaq. Daha diqqətli olmalıyıq, çünki Türkiyə ilə matçda yaxşı oynasaq da, 1:2 hesabı ilə uduzduq. Qolları standart vəziyyətlərdən qapımızda gördük".
Qeyd edək ki, iyunun 2-də Minskdəki "Dinamo" stadionunda keçiriləcək Belarus - Azərbaycan oyunu Bakı vaxtı ilə saat 20:00-da başlayacaq.
Oxşar xəbərlər
"Roberto Bordin əla məşqçidir" - Canni De Byazi
"Azərbaycan millisi yaxşı komandadır" - Roberto Bordin
"Elvin Bədəlov və Bəhlul Mustafazadə hazır deyil" - Canni De Byazi
"Bizim üçün final oyunudur" - Rıza Çalımbay
Marek Suxi: Rəşad Sadıqovun vida matçına çıxması bizim üçün stimuldu"
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin















Misli Premyer Liqası