"Hər görüşə son oyun kimi baxacağıq" -"Neftçi"nin legioneri
"Biz çempionluğa çox yaxınıq. İnanıram ki, "Neftçi" 7 ildən sonra çempion ola biləcəyik".
Sportfm.az xəbər verir ki, bu fikirləri "Neftçi"nin futbolçusu Saman Nərimancahan klubun televiziyasında yayımlanan "Piramida" verilişində deyib.
30 yaşlı yarımmüdafiəçi bildirib ki, "Neftçi" qızıl medalları qazanmağa tam hazırdır: "Hər görüşə son oyun kimi baxacağıq. Samir Abasov da çox yaxşı baş məşqçidir. Artıq bunu neçə oyunda göstərib. Taktikamız dəyişib və artıq çoxlu qol epizodları yarada bilirik".
İranlı oyunçu əvvəlki baş məşqçi Füzuli Məmmədovun da yaxşı mütəxəssis olduğunu vurğulayıb: "Futbolçuların psixologiyası pozulmuşdu, onların üzərində yük çox idi. Oynadıqca, qələbə qazanmadıqca təzyiq artırdı. Abasov isə bu yükü oyunçuların çiynindən götürdü. Hamı onun rəhbərliyi altında rahat oynayır. Baş məşqçinin, futbolçuların əziyyəti ilə çempionluq əldə edə bilərik. İnanıram ki, azarkeşlərə bunu hədiyyə etməyi bacaracağıq. Neçə ildir bunu istəyirlər, amma gerçəkləşmir. Çempionluq gəlsə, mənim üçün də yaxşı il olar".
Qeyd edək ki, "Neftçi" hazırda 30 xalla Azərbaycan Premyer Liqasında liderdir.
Oxşar xəbərlər
"Ona inanıram” - Regekampf
"Neftçi"də yerli futbolçular zəif deyillər" - Mahmud Qurbanov
"Bu qələbə azarkeşlərimizin halalı olsun" - Samir Abasov
"Bəzi səhvlər aradan götürməliyik" - Samir Abasov
"Yaxşı hücumçu tapsaq, alacağıq" - Samir Abasov
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Bu gün yarımfinalçılar müəyyənləşir - Konfrans Liqası
-
Nəriman oynadı, komandası qələbə qazandı
-
"Sabah" - "Qarabağ" matçına 3000-dən çox bilet satıldı
-
"Qarabağ" - "Sabah" oyununun hakimləri açıqlandı - Premyer Liqa
-
Bu gün yarımfinalçılar məlum olacaq - Avropa Liqası
-
“İran millisi dünya çempionatına gələcək” Canni İnfantino















Misli Premyer Liqası