• 16:05 Cümə axşamı
    4 Mart 2021
SportFM.Az
  • OLİMPİZM
  • Futbol
  • Güləş
  • Voleybol
  • Cüdo
  • Boks
  • Futzal

  • Layİhə
  • DİGƏR Növlər

  • Xəbərlər
    • Ölkə idmanı
    • Dünya idmanı
    • Müsahibələr
    • Yazarlar

"Sabah"ın kapitanı: "Bu mövsüm iddialı komandalardan olacağıq" - VİDEO

“Sabah”ın kapitanı Cavid İmamverdiyev klubun “Youtube” kanalına müsahibə verib. 

Sportfm.az xəbər verir ki, 28 yaşlı yarımmüdafiəçi komandanın ötən mövsümkü çıxışını dəyərləndirib: 

“Ötən il ilk mövsümümüz oldu. Düşünürəm ki, “Sabah” çempionata rəng qatdı. Bunun üçün də əlimizdən gələni etdik. Düzdür, axırda bəxtimiz gətirmədi və 7-ci olduq. Bu yeri “Sabah”a layiq bilmirdim. 4 və ya 5-ci yerləri özümüzə layiq görürdüm. Ancaq bu, futboldur, bəxtin gətirə də bilər, gətirməyə də. Elə olar ki, yaxşı oyanayarsan, amma məğlub olarsan. Keçən il bizim üçün belə alındı. Bəxtimiz də gətirmədi. Ancaq yaxşı şeylər də oldu. Məsələn, debüt komanda olaraq, “Qarabağ” və “Neftçi”yə qarşı yaxşı oynadıq”. 

Cavid təlim-məşq toplanışı barədə də danışıb: 

“İyulun 23-dən Türkiyədəyik. Bakıda əsasən fiziki hazırlıq keçdik. Məqsədimiz güc yığmaq idi. Gündə iki dəfə hazırlaşırdıq, baş məşqçinin təlimatlarını yerinə yetirməyə çalışırdıq. Əlimizdən gələni edirdik, 1 əvəzinə 5 qat çalışırıq ki, çempionata hazır olaq. Bura oyunlar üçün gəlmişik. Burada Masazırdakı kimi fiziki hazırlıq yoxdur. Bu mövsüm çempionatda yaxşı oynayıb, Avropa Liqasına vəsiqə qazanacağıq. Belə düşünürəm, amma çalışmalıyıq ki, məqsədimizə çataq. Rumıniyanın “Konkordiya” klubuna qarşı istədiyimiz oyunu göstərə bilmədik. Meydan amili də var idi. “Kəmərspor”la matçda isə meydan bir az yaxşı idi. Baş məşqçinin istədiklərini meydanda az da olsa, yerinə yetirə bilirdik. Ancaq “Konkordiya” ilə oyun ürəyimizcə olmadı”. 

Milli üzvü “Sabah”ın yeni transferləri barədə bunları deyib: 

“Gedənlər də oldu, gələnlər də. Düşünürəm ki, yaxşı legioner futbolçular gəlib. İstər yerli, istərsə də, əcnəbi olsun, fərqi yoxdur, bizə yaxşı oyunçular keçib. Fərdi keyfiyyətləri üstündür. Komandaya xeyriləri dəyər, biz də bunu istəyirik. Ötən ilin komandasıyıq, amma bizim gələcək planlarımız da var. İstəyirik ki, Avropa Liqasına vəsiqə üçün oynayaq. Yeni transferlər xoş gəlib, istəyirik ki, bizə kömək etsinlər”. 

İmamverdiyev yeni mövsümdəki hədəflərdən söz açıb: 

“Bu il düşünürəm ki, iddialı komandalardan olacağıq. Təlim-məşq toplanışından yaxşı nəticə çıxararıq. Baş məşqçinin təlimatlarını düzgün yerinə yetirməliyik. Bu il məqsədlər üçün oynayacağıq. Hədəfimiz Avropa Liqasına yollanmaqdır. İstəyirik ki, ilk üçlükdə olaq. Həm Avropa Liqasına vəsiqəni, həm də medal qazanmağı istəyirik. Mənə inananların güvənini daha da artırmaq istəyirəm. Komandama kömək etmək istəyirəm. Mənim özümün də hədəfi yüksəkdir. Milliyə də dəvət almaq istəyirəm”.

 

скачать dle 10.4 UTF-8Forex для начинающих

31-07-2019
284
REKLAM
Etketlər
DİGƏR XƏBƏRLƏR
25-11-2020
“İki qardaş oyuna çıxacaq, amma qələbə qazanmaq istəyirik” –
“İki qardaş oyuna çıxacaq, amma qələbə qazanmaq istəyirik” – Rıza Çalımbay
2-10-2019
Azərbaycanlı məşqçi:
Azərbaycanlı məşqçi: "APOEL-i keçmək mümkünsüz deyil"
30-09-2019
"Mən ona sübut edəcəyəm ki, milli komandaya layiqəm" - Ruslan Qurbanov
17-07-2019
“Krayovada sərfəli nəticə qazanmaq istəyirik”
“Krayovada sərfəli nəticə qazanmaq istəyirik”
8-07-2019
"Zirə"nin kapitanı olacağımı öncədən demişdilər" - Cavid Hüseynov
14-11-2018
"Qarşımıza hədəf qoymamışıq" - Ayxan Abbasov
29-08-2018
Qoran Sabliç:
Qoran Sabliç: "Məqsədimiz qrup mərhələsinə vəsiqə qazanmaqdır"
5-08-2018
Sənan Qurbanov:
Sənan Qurbanov:"Bizim üçün vacib futbolçudu"
12-07-2018
Cavid İmamverdiyev rəsmən “Sabah”da!
Cavid İmamverdiyev rəsmən “Sabah”da!
11-07-2018
Roberto Bordin:
Roberto Bordin: "Ciddi hazırlaşmışıq"
5-07-2018
"Karikarinin adaptasiyası üçün bir az zamana ehtiyac var"
20-06-2018
Ruslan Abışov:
Ruslan Abışov: "Çox sevinirəm..."
18-06-2018
Roberto Bordin:
Roberto Bordin: "Çalışacağıq ki, yeni mövsümdə baş rolda biz olaq"
9-06-2018
Mahir Mədətov Millətlər Liqasından öncə son oyun barədə:
Mahir Mədətov Millətlər Liqasından öncə son oyun barədə: "Qələbə bizə müsbət təsir edəcək"
24-08-2017
“Bəxtimiz gətirmədi” - “Kopenhagen”in baş məşqçisi
“Bəxtimiz gətirmədi” - “Kopenhagen”in baş məşqçisi
  Xəbər Lenti
Millimiz Belarus yığması ilə qarşılaşacaq - Yoldaşlıq görüşü 4.03.2021, 15:48
"Deyəcəyim hər söz komandaya ziyan verə bilər" - Qara Qarayev 4.03.2021, 14:18
Bundesliqasının ən yaxşı qolları - VİDEO 4.03.2021, 13:39
39 nəfərə fəxri ad verildi - “5 mart - Bədən tərbiyəsi və idman günü” 4.03.2021, 13:28
Təmkinin 150-ci oyunu - Premyer Liqada 4.03.2021, 13:03
Tanınmış cüdoçumuz heyətdən çıxarıldı - Zədəyə görə 4.03.2021, 12:55
PFL final oyununun vaxtını dəyişdirdi - AFFA-nın istəyi ilə 4.03.2021, 12:40
20-ci heç-heçə 4.03.2021, 11:43
"Milan" - "Udineze" - 1:1 - VİDEO 4.03.2021, 11:15
BÜTÜN XƏBƏRLƏR
Azərbaycan Premyer Liqası
№ Komanda o x
1 Neftçı 17 33
2 Qarabağ 17 33
3 Zirə  17 28
4 Sumqayıt   17 23
5 Qəbələ 17 21
6 Səbail 17 16
7 Keşlə 17 15
8 Sabah 17 15
Ətraflı
14-02-2021
TopazAZ
TopazAZ
14-02-2021
I divizion
I divizion
21-02-2021
"İnter" "Milan"ı məğlub etdi
13-02-2021
"Bu, Samir Abasovun görmək istədiyi "Neftçi" deyil" - VİDEO
4-02-2021
"Olimpiadanın keçiriləcəyinə 100 faiz əminəm" - Vitse-prezident açıqladı
2-03-2021
Ulduzlar Liqası başlayır -
Ulduzlar Liqası başlayır - Yeni mövsüm
6-02-2021
"Onların adlarından döyüşməyimi istədilər" - Ramal Amanov
11-02-2021
"Tik-Tok" AVRO-2020-nin sponsoru oldu
12-02-2021
Portuqaliya Qran-Prisinin tarixi təsdiqləndi -
Portuqaliya Qran-Prisinin tarixi təsdiqləndi - Formula 1
10-02-2021
"Azərbaycan futbolunda hamı yaşa baxır" - Vaqif Cavadov
  • Futzal Yüksək Liqa
  • Birinci divizion
№ Komanda o x
1 Araz 17 51
2 Marafon 17 39
3 EKOL 17 39
4 Neftçi İK 17 36
5 Baku Fire 17 28
6 Bakı TFK  17 17
7 Premier Quba 17 14
8 Record club 17 13
9 Xızı Futzal  17 12
10 Yasamal İSK 17 5
Ətraflı
№ Komanda o x
1 Turan-Tovuz 14 32
2 Zaqatala 15 31
3 Neftçi-2 14 30
4 Sabah-2 14 29
5 Qarabağ-2 15 22
6 Kəpəz 13 16
7 Keşlə-2 14 11
8 Qaradağ Lökbatan 14 10
9 Sumqayıt-2  13 9
10 MOİK 14 6
Ətraflı
REKLAM
İdmanımız naminə Sportfm.az@gmail.com
© 2020 SPORTFM.AZ BÜTÜN HÜQUQLAR QORUNUR
  • Sayt Ülvi Amon tərəfindən yığılıb