reklam
Şahmatçılarımız mübarizəyə başlayır -
Sportfm.az xəbər saytı

Şahmatçılarımız mübarizəyə başlayır -“Sarja” kuboku


Bu gün “Lichess.org” platforması vasitəsilə qadın şahmatçılar arasında “Sarja” kuboku yarışı start götürəcək.

Sportfm.az xəbər verir ki, Birləşmiş Ərəb Əmirlikləri Şahmat Federasiyasının təşkilatçılığı ilə keçiriləcək turnirdə Azərbaycanı 8 şahmatçı təmsil edəcək. Sayca 11-ci dəfə təşkil ediləcək turnirə şahmatçılarımız Günay Məmmədzadə, Gülnar Məmmədova, Türkan Məmmədyarova, Ülviyyə Fətəliyeva, Nərmin Xələfova, Xəyalə Abdulla, Fidan Ağasıyeva və Aytac Məmmədov qatılacaqlar.

Yarışda ümumilikdə 307 şahmatçı iştirak edəcək. Turnirin seçmə mərhələsində iştirakçılar İsveçrə sistemi üzrə blits turnirində mübarizə aparacaqlar. Onların arasından ən yaxşı nəticə göstərən şahmatçılar rapid (15 dəqiqə + 5 saniyə) üzrə keçiriləcək final mərhələsinə vəsiqə qazanacaqlar.

Turnir yanvarın 9-dək davam edəcək.

Oxşar xəbərlər

Şahmatçımız üçüncü oldu - “Sarja” kuboku
“Sundays with Unity” turnirində ölkəmizi 6 idmançı təmsil edəcək
Azərbaycan və Ukrayna şahmatçıları arasında turnir keçiriləcək - Onlayn
Qadınlar arasında şahmat üzrə Avropa çempionatı başa çatdı - Fətəliyeva yeddincidir
Şahmatçılarımız Avropa çempionatında çıxış edəcək

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər