reklam
Sportfm.az xəbər saytı

"Mən sözlə yox, əməllə göstərirəm" -Müharibədən qayıdan Tofiq Musayev


"30 illik həsrətimiz başa çatdı. Sevinirik ki, Ali Baş Komandanın sayəsində qələbə qazandıq".

Sportfm.az xəbər verir ki, bu fikirləri açıqlamasında Vətən müharibəsində iştirak etmiş MMA döyüşçüsü Tofiq Musayev deyib.

31 yaşlı idmançı müharibə başlayan gündən döyüşə yollanmaq istədiyini bildirib: "Artıq sentyabrın 28-də iştirak üçün müraciət etmişəm. Bu torpağın suyunu içib, çörəyini yeyirəmsə, özümə borc bilib getmişəm və Vətən qarşısında borcumu layiqincə yerinə yetirməyə çalışmışam. Titula, idmançı olmağıma və digər məsələlərə baxmamışam. Azərbaycan vətəndaşı kimi borcumu yerinə yetirməyə çalışmışam".

Musayev əsasən Zəngilan istiqamətində xidmət etdiyini diqqətə çatdırıb.

Əvvəllər bir çox məşhur idmançı müharibə olarsa, canla-başla iştirak edəcəklərini bildirib. Lakin məqamı yetişdikdə onlardan savaşa qatılanlardan ən məşhuru elə Musayev olub. MMA döyüşçüsü buna belə reaksiya verib: "Mən sözlə yox, əməllə göstərirəm. Hamı əlini vicdanının üzərinə qoysun". (Report)

Oxşar xəbərlər

Tofiq Musayev "Karapapak Fight club & Promotion"-un vitse-prezidenti seçildi
Müharibəyə qatılan idman ictimaiyyətinin sayı bilindi
Vətən müharibəsində iştirak edən jurnalistlər mükafatlandırıldı - FOTO
"Keşlə"nin döyüşən azarkeşləri - Vətən müharibəsi
Həmyerlimiz Tofiq Musayevin möhtəşəm qələbəsi - VİDEO

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər