"Neftçi"yə qol vurmağa çalışacağam" -Ramil Şeydayev
"Məcburi fasilənin komandaya necə təsir etməsi barədə dəqiq bir şey deyə bilmərəm. Bunu qarşıdakı oyunlar göstərəcək".
Sportfm.az xəbər verir ki, bunu açıqlamasında "Sabah" klubunun futbolçusu Ramil Şeydayev deyib.
Azərbaycan Premyer Liqasının XII turunda "Neftçi" ilə keçirəcəkləri oyun barədə fikirlərini bölüşən 24 yaşlı hücumçu meydana qələbə üçün çıxacaqlarını bildirib: "Bizi çətin oyun gözləyir. Mütləq qalib gəlməli olduğumuz qarşılaşmadır. Fikrimcə, maraqlı görüş olacaq".
Son vaxtlar start heyətinə düşməkdə və qol vurmaqda çətinlik çəkən forvard komandasının yaxşı nəticə qazanmasının daha vacib olduğunu vurğulayıb: "Əsas olan komandanın qalib gəlməsidir. Qarşıdakı oyunlarda da bunun üçün əlimdən gələni edəcəyəm. Sabahkı matçda, əlbəttə, qol vurmağa çalışacağam".
Qeyd edək ki, "Sabah" - "Neftçi" oyunu saat 17:15-də start götürəcək. (report)
Oxşar xəbərlər
"Qol vurmaqda çətinlik çəkirəm" - Namik Ələskərov
"Penaltini Ramil vursaydı, bəlkə, heç qapıya getməyəcəkdi" - Təmkin Xəlilzadə
"Neftçi"ni düşünmürəm" - Aleksandr Rıbka
Ramil Şeydayev: "Xorvatiyaya qol vurmağa çalışacağam"
Mahir Mədətov Millətlər Liqasından öncə son oyun barədə: "Qələbə bizə müsbət təsir edəcək"
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Rövşən Nəcəf və Canni İnfantino qarşılaşmaları izlədi - FİFA U-15 Dünya Çempionatı
-
Millimiz Haiti yığmasına məğlub oldu - Dünya çempionatı
-
“Araz-Naxçıvan” bu gün ilk oyununa çıxacaq - Çempionlar Liqası
-
Günün canlı yayımlanacaq qarşılaşmaları - TV AFİŞA
-
11 cüdoçumuz “Böyük Dəbilqə”də iştirak edəcək
-
"Qalatasaray" - "Fənərbaxça" 2:1 - VİDEO














Misli Premyer Liqası