Sportfm.az xəbər saytı
Sportfm.az xəbər saytı
Mahir Mədətov Millətlər Liqasından öncə son oyun barədə:"Qələbə bizə müsbət təsir edəcək"
Sportfm.az xəbər verir ki, Azərbaycan milli komandasının üzvləri Latviya yığması ilə sabah keçiriləcək yoldaşlıq oyunu barədə affa.az-a fikirlərini bildirib:
Təmkin Xəlilzadə: “Millətlər Liqasından öncə millinin son yoldaşlıq oyunudur. Öncəki oyunumuz yaxşı alınmadı, məğlub olduq. Buna baxmayaraq, səhvlərimizin üzərində işləmişik. Sabahkı qarşılaşmada həm xalqımızı, həm də məşqçilərimizi sevindirmək üçün meydana çıxacağıq”.
Amil Yunanov: “Sabah bizi çətin sınaq gözləyir. Millətlər Liqasından öncə son sınağımızdır. Yaxşı oyun nümayiş etdirib, qələbə qazanmaq istəyirik. Amma səhvlərdən nəticə çıxarmaq istəyirik. Baş məşqçimiz şans versə özümü yaxşı tərəfdən göstərməyə çalışacağam”.
Mahir Mədətov: “Rəqibin oyununu analiz etmişik. Bizi çətin oyun gözlədiyini bilirik. Səfərdə oynayırıq. Amma qələbə qazanmaq üçün əlimizdən gələni edəcəyik. Çünki Millətlər Liqasından öncə son oyunumuzdur və qələbə bizə müsbət təsir edəcək”.
Oxşar xəbərlər
"Bazel"in baş məşqçisi:"Sabah eyni səviyyəli komandalar üz-üzə gələcək"
"Xalqımızı qələbə ilə sevindirmək istəyirik" - Azər Salahlı
"Roberto Bordin əla məşqçidir" - Canni De Byazi
Ansi Aqolli:"Baş məşqçiylə tam razıyam"
Robert Prosineçki:"Futbolçularıma güvənirəm"
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin















Misli Premyer Liqası