reklam
Sportfm.az xəbər saytı

"Qol vurmaqda çətinlik çəkirəm" -Namik Ələskərov


"Son vaxtlar qol vurmaqda çox çətinlik çəkirəm".

Sportfm.az xəbər verir ki, bunu Azərbaycan millisinin futbolçusu Namik Ələskərov Türkiyə "Bursaspor"undakı çıxışı barədə danışarkən deyib.

Evdə "Kocaelispor"a 2:1 hesabı ilə qalib gəldikləri ev oyununda yararlana bilmədiyi qol epizodundan söz açan 27 yaşlı yarımmüdafiəçi bunu tələskənliklə əlaqələndirib: "Bir addım öndə olsaydım, daha yaxşı olardı. Bir qol vursam, bəlkə də davamı gələcək. Amma heç cür tilsimi qıra bilmirəm. İnanıram ki, qarşıdakı matçlarda fərqlənərək, komandama kömək edə biləcəyəm".

Qələbəyə görə sevincli olduğunu söyləyən təcrübəli oyunçu turnir cədvəlinin son 3 pilləsində qərarlaşan komandalar arasındakı görüşlərin vacib olduğunu dərk etdiklərini bildirib: "Sıralama baxımından mütləq qalib gəlməli olduğumuz önəmli qarşılaşma idi. Başqa çıxış yolumuz yox idi. Azarkeşlərimizin dəstəyi ilə 3 xal qazandıq".

Ələskərov "Bursaspor"un I Liqada qalacağına inandığını vurğulayıb: "Belə bir komandanın aşağı dəstəyə düşməsini düşünmək belə, çox ağırdır. Ona görə də sonadək mübarizə aparacağıq".

Qeyd edək ki, "Kocaelispor"a qarşı matça start heyətində çıxan Ələskərov 64-cü dəqiqədə komanda yoldaşı Joao Pedroya məhsuldar ötürmə verərək, qələbə topunun vurulmasında pay sahibi olub. O, 87-ci dəqiqədə Ramazan Keskinlə əvəzlənib.

Oxşar xəbərlər

Namik Ələskərov daha bir klubun maraq dairəsində
Superliqa klubu Namik Ələskərovu istəyir
Namik Ələskərov "Bursaspor"a qələbə qazandırdı
Namik Ələskərovdan "Bursaspor"da üçüncü qol - Türkiyə I Liqa
Namik Ələskərovun komandası azarkeşlərin hücumuna məruz qaldı

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər