reklam
Sportfm.az xəbər saytı

"Sözlərim səhv başa düşülüb" -Canni De Byazi


"Çox çətin qrupa düşmüşük. Rəqiblərimizin gücünü yaxşı bilirik".

Sportfm.az xəbər verir ki, bu fikirləri Azərbaycan millisinin baş məşqçisi Canni De Byazi "Zona Gol" şousunda DÇ-2022-nin püşkatmasını dəyərləndirərkən deyib.

64 yaşlı mütəxəssis uğurlu nəticələr üçün əlindən gələni edəcəyini bildirib: "İstəyimizə nail olmaq üçün böyük çətinliklərlə üzləşəcəyimizi bilirik. Amma mümkünsüz heç nə yoxdur. Ona görə də hər şeyi edəcəyik. Qələbələr qazanmağa çalışacağıq. Bir sözlə, cəhd edəcəyik".

İtaliyalı baş məşqçi 2011-2017-ci illərdə rəhbərlik etdiyi Albaniya yığması barədə bir müddət öncə səsləndirdiyi fikirlərə aydınlıq gətirib: "Yenə deyirəm, sözlərim səhv başa düşülüb. Bu, mediada əsl problemə çevrildi. Mən yığmanı qəbul etdiyim vaxtı nəzərdə tutmuşam. Təbii ki, ondan sonra komanda inkişaf etdi, sərəncamımda ölkə xaricində çıxış edən və beynəlxalq oyun təcrübəsi olan futbolçular var idi. Azərbaycan millisində isə yalnız daxili çempionatda mübarizə aparan oyunçulardır. Onların beynəlxalq təcrübəsi yoxdur".

Qeyd edək ki, Canni De Byazi UEFA Millətlər Liqasının qrup mərhələsində VI turun Lüksemburqla oyunu (0:0) öncəsi mətbuat konfransında azərbaycanlı futbolçulara daha zəif heyətlə Avropa çempionatının final məhələsinə vəsiqə qazandığını dediyini bildirib.

Oxşar xəbərlər

"Roberto Bordin əla məşqçidir" - Canni De Byazi
De Byazi: "Çətin olacaq..."
"Bacardığımız hər şeyi edəcəyik" - Canni De Byazi
Albanlar De Byazidən narazıdır - Fikirləri publikanın xoşuna gəlmədi
“Sabah ən yaxşı heyətimiz meydanda olacaq” - Canni De Byazi

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər