reklam
Sportfm.az xəbər saytı

"Bacardığımız hər şeyi edəcəyik" -Canni De Byazi


"Çətin qrupa düşmüşük. İlk pilləni Portuqaliya tutacaq. İkinci yer uğrunda isə Serbiya və İrlandiya yığmaları mübarizə aparacaqlar".

Sportfm.az xəbər verir ki, bu fikirləri Azərbaycan millisinin baş məşqçisi Canni De Byazi Polşanın "sport.tvp.pl" saytına müsahibəsində deyib.

DÇ-2022-nin seçmə mərhələsinin püşkünü dəyərləndirən italiyalı mütəxəssis başçılıq etdiyi yığmanın favorit olmadığını bildirib: "Əlimizdən gələni edəcəyik. Amma 5-ci səbətdən gəldiyimizi bilirik və favorit deyilik. Daha yaxşı oynamaq və potensialımızı tam açmaq üçün bacardığımız hər şeyi edəcəyik".

64 yaşlı baş məşqçi İkinci Qarabağ müharibəsi dövründəki vəziyyətin millidəki işinə təsirsiz ötüşmədiyini söyləyib: "Münaqişə vaxtı ev oyunlarımızı Bakıda keçirmədik. Bu, bizim üçün böyük problem oldu. Pandemiya isə vəziyyəti daha da gərginləşdirir. Oyunçu problemin varsa, pandemiya dövründə yeni işə başlamaq asan deyil".

Qeyd edək ki, Azərbaycan millisi DÇ-2022-nin Avropa zonası üzrə seçmə mərhələsində Portuqaliya, Serbiya, İrlandiya və Lüksemburqla birlikdə A qrupunda mübarizə aparacaq.

Oxşar xəbərlər

"Azərbaycan millisinin güclü çempionatlarda oynayan futbolçuları yoxdur" - Canni De Byazi
"Xəyalımızı gerçəkləşdirmək bizim üçün çox çətin olacaq" - Canni De Byazi
"Sözlərim səhv başa düşülüb" - Canni De Byazi
"Hər bir futbolçu Ronaldoya qarşı oynamaq istəyər" - Millimizin oyunçusu
"Qrupda şansımız ola bilər" - Canni De Byazi

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər