AFFA-dan 3 kluba cərimə kəsdi -I Divizion
Bu gün AFFA İntizam Komitəsinin növbəti iclası keçirilib.
Sportfm.az xəbər verir ki, AFFA-nın saytına istinadən xəbər verir ki, iclasda Azərbaycan 1-ci divizonunun 10-cu turu ilə bağlı qərarlar verilib.
1-ci Divizionun 10-cu turunun “Qaradağ Lökbatan” – “Qarabağ-2” oyununda təcili tibbi yardım vaxtında gəlmədiyi üçün matç gec başlandığına görə meydan sahibi klub 160 manat cərimə olunub.
1-ci Divizionun 10-cu turunun “Kəpəz” – “Sabah-2” oyununda meydan sahiblərinin futbolçusu Əli Səmədov qeyri-idman hərəkətinə görə ikinci sarı vərəqə ilə meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanıb, klub 20 manat cərimə olunub.
1-ci Divizionun 10-cu turunun “Neftçi-2” – “Zaqatala” oyununda qonaq komandanın 6 futbolçusu sarı vərəqə ilə cəzalandırıldığı üçün klub 80 manat cərimə olunub.
Oxşar xəbərlər
I Divizion klublarının cəzaları açıqlandı - 80 manat
Hakimi təhqir edən futbolçuya ağır cəza - AFFA
AFFA klubları cərimələdi - 80 manat
I Divizionda cəzalar açıqlandı
Divizion klublarının cəzası məlum oldu
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin















Misli Premyer Liqası