Sportfm.az xəbər saytı
Sportfm.az xəbər saytı
"Sivasspor" İsraildə problemlə üzləşdi -Avropa Liqası
UEFA Avropa Liqasının qrup mərhələsinin VI turunda "Makkabi" (Təl-Əviv) komandasına uduzan Türkiyənin "Sivasspor" klubu İsraildə problemlə üzləşib.
Sportfm.az xəbər verir ki, bu barədə klubun rəsmi saytı məlumat yayıb.
Xəbərə görə, görüş bitdikdən sonra hava limanına yollanan komanda üzvləri 2 saat gözləməli olub. Çünki uçuş təyin olunan vaxtda gerçəkləşməyib.
"Sivasspor" səlahiyyətli nümayəndələrin sistemi bağladığını, qarşı tərəf isə komandanın hava limanına gec gəldiyini bildirib.
Türkiyə təmsilçisi hava limanına vaxtında çatdığını, lakin 43 nəfərdən ibarət heyətlə yalnız bir işçinin məşğul olduğunu bəyan edib. "Sivasspor" səhər saatlarında Türkiyəyə çatıb.
Bölgə təmsilçisinin prezidenti Mecnun Otyakmaz baş verən hadisəni rüsvayçılıq adlandırıb.
Qeyd edək ki, "Sivasspor" "Makkabi"yə 0:1 hesabı ilə uduzaraq Avropa Liqası ilə vidalaşıb.
Oxşar xəbərlər
"Qarabağ" ilk xalını qazandı - Avropa Liqası
"Türkiyə üçün önəmli qarşılaşma idi" - Rıza Çalımbay
"Qarabağ" "Makkabi"yə məğlub oldu - YENİLƏNİB
"Qardaş ölkənin komandası ilə oynayacağıq" - "Sivasspor"un prezidenti
"Qarabağ"ın oyunlarının təqvimi - Avropa Liqası
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin















Misli Premyer Liqası