Milli Qəhrəmanın xatirəsinə həsr olunmuş beynəlxalq turnir keçirilib
Ağır Atletika Akademiyasının yarış zalında Milli Qəhrəman Fəxrəddin Şahbazovun xatirəsinə həsr olunmuş ağır atletika üzrə beynəlxalq turnir keçirilib.
Sportfm.az xəbər verir ki, sayca 16-cı dəfə təşkil olunan turnir artıq ikinci dəfədir beynəlxalq statusda keçirilib. Yarışın keçirilməsində məqsəd Milli Qəhrəman Fəxrəddin Şahbazovun timsalında Vətən uğrunda şəhid olmuş soydaşlarımızın xatirəsinin əziz tutulması, F.Şahbazovun həyat yolunun və idman fəaliyyətinin böyüməkdə olan yeni nəsil idmançılar və gənclər arasında təbliğ olunması, ağır atletikanın təbliği və inkişaf etdirməsi, idmançıların ustalıq səviyyəsinin artırılmasıdır.
Körpücük üzərinə əvvəlcə 17 yaşadək qızlar çıxıblar. Bu qrupda medallar uğrunda maraqlı və gərgin mübarizə aparılıb. Türkiyəli, bolqarıstanlı və azərbaycanlı atletlərin mübarizəsində qalib adını Səbinə Əzimova qazanıb. Gümüş medala Bolqarıstan atleti Qalya Şatova, bürünc mükafata isə türkiyəli Qamze Yaylaya layiq görülüblər.
Bakıda və regionlarda fəaliyyət göstərən idman təşkilatlarının üzvlərinə turnirdə iştirak etmək hüququ verilib. Yarışda Azərbaycan ilə yanaşı, daha 12 ölkədən – ABŞ, Ukrayna, Moldova, Belarus, Rusiya, Türkiyə, İran, Bolqarıstan, İsrail, Gürcüstan, Tacikistan, Polşadan ağırlıqqaldıranlar çıxış ediblər.
Yarışın ikinci günündə əvvəlcə 17 yaşadək oğlanlar mübarizəyə qoşulublar. Turnirdə inamlı təsir bağışlayan idmançımız İsa Rüstəmov qızıl medala layiq görülüb. Daha bir idmançımız Hüseyn İsmayılov gümüş, moldovalı Udor Çobanu isə bürünc medallara sahib olublar.
İyirmi yaşadək kişilərin yarışında Avropa və dünya çempionatlarının mükafatçıları mübarizə aparıblar. Sonda qızıl medala ukraynalı atlet Volodimir Hoza layiq görülüb. Gürcüstanlı atlet Georgi Çxeidze ikinci, Azərbaycan təmsilçisi Kənan Əliquliyev üçüncü yeri tutub.
On yeddi yaşdan yuxarı qadınlar arasında mübarizədə altı ölkənin təmsilçiləri güclərini sınayıblar. Hamıdan üstün olan Gürcüstan təmsilçisi Anastasiya Qotfrid fəxri kürsünün ən yüksək pilləsinə qalxıb. Gümüş medalı Natalya Prişepa, bürünc medalı isə Azərbaycan atleti Anastasiya İbrahimli qazanıb.
Güclü ağırlıqqaldıranların yarışı da gərgin idman mübarizəsi şəraitində keçib. Mübarizənin sonunda qızıl medalı ümumilikdə 380 kiloqram çəkini qaldıraraq 429,34 xal toplayan ukraynalı atlet Dmitro Çumak əldə edib. Gümüş medal gürcüstanlı atlet Revaz Davitadzeyə (333 kq və 402,75 xal), bürünc medal isə moldovalı Sergey Çekirə (301 kq və 402,69 xal) nəsib olub.
Biz İzləyin
REKLAM
Paylaşın
DİGƏR XƏBƏRLƏR
Xəbər lenti
Cüdoçularımız ilk gündə uğursuz çıxış etdi - Böyük Dəbilqə 29.03.2024, 13:46
Rusiyalı Olimpiya çempionu dələduzluqda ittiham olunur 29.03.2024, 13:28
Avropa çempionatının favoritləri - SİYAHI 29.03.2024, 13:02
FİFA “Qarabağ”ın oyunçusunun qolunu paylaşdı 29.03.2024, 12:57
İntizam Komitəsinin qərarı ləğv olundu - "Lion" şikayəti təmin olundu 29.03.2024, 12:29
Günün canlı yayımlanacaq qarşılaşmaları - TV AFİŞA 29.03.2024, 12:14
“Sumqayıt” - “Araz-Naxçıvan” matçının hakimləri açıqlandı - Misli Premyer Liqası 29.03.2024, 11:47
"Qəbələ" "Neftçi" ilə oyuna itkilərlə çıxacaq 29.03.2024, 10:37
Xviçaya yeni müqavilə təklif edirlər 29.03.2024, 09:57
Misli Premyer Liqası
№ | Komanda | o | x |
1 | Qarabağ | 34 | 87 |
2 | Sabah | 33 | 77 |
3 | Neftçi | 34 | 62 |
4 | Qəbələ | 34 | 48 |
5 | Zirə | 34 | 46 |
6 | Turan | 34 | 38 |
7 | Kəpəz | 34 | 30 |
8 | Sumqayıt | 33 | 28 |
9 | Səbail | 34 | 25 |
10 | Şamaxı | 34 | 24 |
№ | Komanda | o | x |
1 | Araz-Naxçıvan | 13 | 37 |
2 | EKOL | 13 | 30 |
3 | Neftçi İK | 13 | 25 |
4 | Baku Fire | 13 | 22 |
5 | Record club.az | 13 | 12 |
6 | Alyans | 13 | 12 |
7 | U-19 | 13 | 9 |
8 | Xilə | 13 | 6 |
№ | Komanda | o | x |
1 | Araz Naxçıvan | 5 | 15 |
2 | MOİK | 5 | 11 |
3 | Turan Tovuz-2 | 4 | 9 |
4 | Qəbələ-2 | 5 | 9 |
5 | Neftçi-2 | 4 | 9 |
6 | Qarabağ-2 | 5 | 7 |
7 | Zirə-2 | 4 | 7 |
8 | Şamaxı-2 | 5 | 7 |
9 | Qaradağ Lökbatan | 5 | 6 |
10 | Mingəçevir | 5 | 6 |
11 | Səbail-2 | 4 | 6 |
12 | Zaqatala | 5 | 6 |
13 | Sumqayıt-2 | 4 | 3 |