reklam
Şüvəlanda ağır atletika üzrə açıq turnirinə start verildi -
Sportfm.az xəbər saytı

Şüvəlanda ağır atletika üzrə açıq turnirinə start verildi -Milli Qəhrəman Fəxrəddin Şahbazovun xatirəsinə


Dekabrın 23-də Şüvəlan qəsəbəsindəki Ağır Atletika Akademiyasının yarış zalında Milli Qəhrəman Fəxrəddin Şahbazovun xatirəsinə həsr olunmuş ağır atletika üzrə açıq turnirinə start verilib.

Sportfm.az xəbər verir ki, Bakı Şəhər Gənclər və İdman Baş İdarəsi və Azərbaycan Ağır Atletika Federasiyasının təşkilatçılığı ilə keçirilən yarışda paytaxt və regionlarda fəaliyyət göstərən idman təşkilatlarından 1997-ci il və daha kiçik təvəllüdlü yeniyetmə və gənc ağır atletlər iştirak edirlər.

Artıq 50 kiloqram çəki dərəcəsində qaliblər müəyyənləşib. Ömər Cavadov toplam 165 kiloqram (75+90) nəticə ilə qızıl medala sahib olub. İkinci yeri 148 kiloqram (68+80) nəticə ilə Əvəz Tağıyev, üçüncü yeri isə 127 kiloqramla (56+71) Heydər Yusifov tutublar.

Turnirin keçirilməsində məqsəd Milli Qəhrəman Fəxrəddin Şahbazovun timsalında vətən uğrunda şəhid olmuş soydaşlarımızın xatirəsinin əziz tutulması, onun həyat yolunun və idman fəaliyyətinin böyüməkdə olan yeni nəsil idmançılar və gənclər arasında təbliğ olunması, yerlərdə ağır atletika idman növünün təbliği və inkişaf etdirilməsi, ən güclü idmançıların aşkar olunması, idmançıların ustalıq səviyyəsinin artırılmasıdır.

Oxşar xəbərlər

Yeniyetmələr arasında Azərbaycan birinciliyi başa çatdı
Ağır atletika üzrə Azərbaycan çempionatına start verildi
Fəxrəddin Şahbazovun xatirəsinə həsr olunmuş ağır atletika turniri keçiriləcək
Bakıda ağır atletika üzrə açıq turnir keçiriləcək
Milli Qəhrəmanın xatirəsinə həsr olunmuş beynəlxalq turnir keçirilib

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər