reklam
Azərbaycanlı atlet Avropa rekordu vurdu
Sportfm.az xəbər saytı

Azərbaycanlı atlet Avropa rekordu vurdu


Dubayda paralimpiyaçı atletlər arasında keçirilən IX Fəza Beynəlxalq Qran-pri yarışı başa çatıb. Milli Paralimpiya Komitəsindən apasport.az saytına verilən məlumata görə, Azərbaycan millisi turnirin son günü daha 2 qızıl və 1 gümüş medal qazanıblar.
 
Belə ki, həmyerlilərimizdən Samir Nəbiyev yenə də fəxri kürsünün ən yüksək pilləsinə qalxıb. Atletimiz nüvəitələmə yarışında olduğu kimi diskatmada da çempion adına layiq görülüb. 46,67 m nəticə göstərən təmsilçimiz bununla yeni Avropa rekordu da müəyyənləşdirib.
 
Nəbiyevin komanda yoldaşı Oloxan Musayev də diskatma üzrə öz kateqoriyasında birinci yeri tutub. Nüvəitələmədə gümüş medal qazanan atlet 40,83 m nəticə göstərib.
 
Aktivində 1 gümüş (nüvəitələmə) və 1 bürünc medal (diskatma) olan Elvin Astanov isə nizəatmada 23,57 m nəticə ilə ikinci olub.
 
Beləliklə, yığmamız Qran-prini 5 qızıl, 5 gümüş və 1 bürünc medalla bitirib.
 
Komandamızın digər medallarına gəlincə, Zeynal Misgərli (100 m) qızıl və Vladimir Zayats (nizəatma) gümüş mükafat qazanıb. Nüvəitələmədə birinci olan Rüfət Rəfiyev isə diskatmada ikinci yerlə kifayətlənib.

Oxşar xəbərlər

Atletimiz gümüş səviyyəli yarışda qızıl qazandı
Para-atletimiz beynəlxalq turnirdə gümüş medal qazandı
Paralimpiya oyunlarında növbəti gümüş medal
Rio-2016: Medal sıralaması
Rio-2016: Medal sıralaması

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər