reklam
Beynəlxalq Könüllülər Günü ilə bağlı konfrans keçirildi -
Sportfm.az xəbər saytı

Beynəlxalq Könüllülər Günü ilə bağlı konfrans keçirildi -AFFA


AFFA könüllülərinin iştirakı ilə 5 dekabr - Beynəlxalq Könüllülər gününə həsr olunmuş onlayn konfrans keçirilib.

Sportfm.az xəbər verir ki, əvvəlcə Vətən müharibəsi şəhidlərinin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Konfransda il ərzində xüsusi fəallığı ilə seçilmiş 339 ən aktiv könüllü iştirak edib. AFFA-nın icraçı vitse-prezidenti Elxan Məmmədov çıxışına konfrans iştirakçılarını Vətən müharibəsindəki qələbə münasibətilə təbriklə başlayıb. Eyni zamanda 5 dekabr – Beynəlxalq Könüllülər Günü münasibətlə konfrans iştirakçılarını təbrik edən E.Məmmədov AFFA könüllülülərinin 11 illik fəaliyyətini yüksək dəyərləndirib. Qarşıda gözlənilən böyük tədbirləri, könüllülərin işinin hər zaman milli assosiasiyanın diqqətində olduğunu konfrans iştirakçılarının nəzərinə çatdırıb.

Daha sonra AVRO-2020-nin könüllülərinin səfiri, aktyor və videobloqqer Taleh Yüzbəyov çıxış edərək iştirakçıları Beynəlxalq Könüllülər Günü münasibətilə təbrik edib.

Qeyd edək ki, qarşıdakı günlərdə il ərzində aktiv könüllülərə könüllülər günü ilə əlaqədar sertifikatlar təqdim olunacaq.

Oxşar xəbərlər

AFFA-nın növbəti konfransı keçirildi
"Zəfər Kuboku" turniri start götürüb - FOTOLAR
Bakıda "Qarabağ Azərbaycandır!" futbol turniri start götürdü
AFFA klublarla iclas keçirdi - Videokonfrans formatında
Azərbaycandakı federasiyasının prezidenti videokonfransda iştirak etdi - FOTO

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər