reklam
AFFA klublarla iclas keçirdi -
Sportfm.az xəbər saytı

AFFA klublarla iclas keçirdi -Videokonfrans formatında


AFFA, Peşəkar Futbol Liqası və Klublar Komitəsinin videokonfrans formatında birgə iclası keçirilib.

Sportfm.az xəbər verir ki, iclasda AFFA-nın icraçı vitse-prezidenti Elxan Məmmədov, PFL-in prezidenti Ramin Musayev, Premyer Liqa klublarının nümayəndələri (“Neftçi”, “Keşlə” və “Zirə” klubu eyni zamanda baş məşqçi ilə də təmsil olunub), AFFA-nın baş həkimi Vyaçeslav Xomenko və digər AFFA rəsmiləri iştirak ediblər.

Toplantı koronavirus infeksiyası ilə əlaqədar Azərbaycan Premyer Liqasının XII turunun oyunlarının təxirə salınması nəzərə alınaraq AFFA-nın təşəbbüsü ilə baş tutub.

Əvvəlcə Vətən müharibəsi şəhidlərinin xatirəsi 1 dəqiqəlik sükutla yad olunub.

Toplantıda əsas müzakirə mövzusu koronavirus infeksiyası ilə əlaqədar klublarda yoluxma halları, bunun oyunların təqviminə təsiri, çempionatın təşkili ilə bağlı qüvvədə olan protokola hər hansı dəyişiklik olunmasına zərurətin yaranıb-yaranmaması və s. olub.

Aparılmış müzakirələrdən sonra qeyd olunan məsələlərlə bağlı yaxın günlərdə daha bir iclasın keçirilməsi barədə razılıq əldə edilib.

Oxşar xəbərlər

AFFA klublarla təqvimi müzakirə etdi - Azərbaycan Premyer Liqası
Videokonfrans keçiriləcək – Premyer Liqa ilə bağlı
Çempionat dayandırıldı - “Qarabağ” çempion elan edildi - RƏSMİ
Azərbaycan Premyer Liqası bərpa olunur – RƏSMİ
Klublar Komitəsinin iclası keçirildi - FOTO

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər