Bakıda "Qarabağ Azərbaycandır!" futbol turniri start götürdü
Azərbaycan İdman Jurnalistləri Federasiyasının (AİJF) Ordumuzun Vətən müharibəsində qazandığı qələbəyə həsr olunmuş "Qarabağ Azərbaycandır!" futbol turnirinin açılış mərasimi keçirilib.
"Sportfm.az" ın məlumatına görə, Gənclər və İdman Nazirliyi, AFFA və Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının (ADBTİA) dəstəyi ilə idman jurnalistləri arasında təşkil olunmuş tədbir akademiyanın stadionunda gerçəkləşib.
Mərasimdə gənclər və idman nazirinin müavini İsmayıl İsmayılov, ADBTİA-nın rektoru, professor Fuad Hacıyev, AFFA İcraiyyə Komitəsinin üzvü İsgəndər Cavadov, digər futbol veteranlarından İqor Ponomaryov, Maşallah Əhmədov, Asif Əliyev, Nurəddin Əliyev, MEDİA rəsmisi İlkin Nadirov, Peşəkar Futbol Liqasının Texniki idman şöbəsinin rəisi Elgiz Abbasov və AİJF-nin prezidenti Qabil Mehdiyev başda olmaqla, İdarə Heyətinin üzvləri iştirak ediblər.
Komanda iştirakçıları könüllülərin müşayiəti ilə təqdim olunduqdan sonra Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib, ardınca isə Vətən müharibəsi şəhidlərinin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Turnir iştirakçılarını salamlayan İ.İsmayılov Vətən müharibəsindəki qələbənin önəmindən bəhs edib və bildirib ki, komandalarının adlarının işğaldan azad edilmiş şəhərlərlə verilməsi təqdirəlayiq addımdır. O, qalib komandaya nazirlik adından pul mükafatının təqdim ediləcəyini də vurğulayıb.
F.Hacıyev hər zaman belə turnirlər üçün əllərindən gələn istənilən dəstəyi verməyə hazır olduqlarını söyləyib. Hacıyev həmçinin ADBTİA stadionunun ot örtüyünün istənilən vəziyyətdə olmadığını deyərək, bu məqsədlə AFFA-dan dəstək istəyib.
Daha sonra yarış açıq elan olunub və ilk turun görüşləri keçirilib.
"Qarabağ Azərbaycandır" turniri
I tur
A qrupu
11 iyun (cümə)
"Cəbrayıl" - "Qubadlı" - 1:7
"Laçın" - "Füzuli" - 0:7
B qrupu
"Zəngilan" - "Kəlbəcər" - 11:2
"Ağdam" - "Şuşa" - 3:0
Qeyd edək ki, növbəti iki turun oyunları iyunun 13-də və iyunun 15-də, yarımfinallar iyunun 19-da, həlledici oyunlar isə 26 İyun - Azərbaycan Respublikası Silahlı Qüvvələri Günündə olacaq.
Oxşar xəbərlər
"Zəfər Kuboku" turniri start götürüb - FOTOLAR
"Qarabağ Azərbaycandır!" futbol turnirinin qalibi bilindi
Finalçılar bilindi - "Qarabağ Azərbaycandır!" turniri
"Qarabağ Azərbaycandır" turnirinin püşkü atıldı - SİYAHI
“Qarabağ Azərbaycandır!” - Mini-futbol turniri keçiriləcək
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Bu gün yarımfinalçılar müəyyənləşir - Konfrans Liqası
-
Nəriman oynadı, komandası qələbə qazandı
-
"Sabah" - "Qarabağ" matçına 3000-dən çox bilet satıldı
-
"Qarabağ" - "Sabah" oyununun hakimləri açıqlandı - Premyer Liqa
-
Bu gün yarımfinalçılar məlum olacaq - Avropa Liqası
-
“İran millisi dünya çempionatına gələcək” Canni İnfantino















Misli Premyer Liqası